22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Ruhani: “Azərbaycan xalqının hüquqlarına hörmət göstərilməlidir”
Tarix: 07-10-2020 12:37 | Bölmə: Slayd
Ruhani: “Azərbaycan xalqının hüquqlarına hörmət göstərilməlidir”

“Azərbaycan xalqının hüquqlarına hörmət göstərilməlidir”.

Reyting.az
"Təsnim"ə istinadla xəbər verir ki, bunu bu gün Nazirlər Kabinəsinin iclasında çıxışı zamanı İran prezidenti Həsən Ruhani deyib.

O qeyd edib: "Bölgənin təhlükəsizliyi və sərhəd təhlükəsizliyimiz bizim üçün vacibdir və sərhədlərimizə yaxın olan Dağlıq Qarabağda iki ölkə arasındakı bu müharibənin başlamasından təxminən 10 gün keçib. Azərbaycan prezidenti ilə söhbətim və Ermənistanın baş naziri ilə ondan əvvəlki söhbətim İranın təhlükəsizliyinə diqqət yetirməkdən ibarət idi. Müharibədən təəssüflənirik, müharibə sona çatmalıdır və onun davamı heç kimin marağında deyil. Azərbaycan xalqının hüquqlarına hörmət edirik və hər hansı bir atəş, müharibə və ya qan tökmə problemdən çıxış yolu deyil və biz başqa bir şəkildə kömək etməyə hazırıq".

"Ərazimizə hərbi sursatın düşməsi bizim üçün qətiyyətlə qəbuledilməzdir və yaxşı münasibətlər qurduğumuz hər iki qonşu hökumətdən, bir qardaş olaraq, həm Azərbaycandan, həm də Ermənistandan bu məsələyə diqqət yetirmələrini xahiş edirik", - deyə Həsən Ruhani əlavə edib.

İran prezidenti terrorçu qrupların bölgəyə axını iddiası ilə əlaqədar bildirib: "Buna imkan verməyəcəyik. Terrorçuların sərhədlərimizə yaxınlaşması qəbuledilməzdir və bu, Azərbaycan və Ermənistan rəsmilərinə açıq şəkildə bildirilib. Qarşıdurmanın regional bir müharibəyə çevrilməməsinə diqqət yetirilməlidir".




Bölməyə aid digər xəbərlər