22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurub: bir zərbə ilə yüzlərlə hərbçi məhv edilib
Tarix: 07-10-2020 18:40 | Bölmə: Slayd
Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurub: bir zərbə ilə yüzlərlə hərbçi məhv edilib

Azərbaycan Silahlı Qüvvələri oktyabrın 4-də erməni hərbçilərinə ən güclü zərbələrdən birini endirib. Həmin gün raket atəşi ilə Şuşadakı Mədəniyyət Mərkəzi darmadağın edilib.

Reyting.az
“Turan”a istinadla xəbər verir ki, bu barədə Qarabağda çalışan xarici jurnalistlər məlumat yayıblar.

Bildirilir ki, həmin vaxt orada 300-dən 600-dək hərbçi və polisin iştirakı ilə müşavirə keçirilmiş.

Yerli mənbələrin məlumatına görə, raketin birbaşa hədəfə düşməsi nəticəsində zalda olanların yarıdan çoxu həlak olub.

Qeyd olunur ki, Ermənistan ordusunun sıravi hərbçiləri komandanlığın səriştəsizliyindən, silah, yemək çatışmazlığından, 18 yaşlı hazırlıqsız gənclərin cəbhəyə göndərilməsindən şikayətlənirlər. Həmin hərbçilər iddia edirlər ki, hakimiyyət ermənilərin minlərlə itkisini ictimaiyyətdən gizlədir.




Bölməyə aid digər xəbərlər