22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
“Ermənistan tam çökə bilər” - Komitə sədri
Tarix: 08-10-2020 13:45 | Bölmə: Slayd
“Ermənistan tam çökə bilər”

“Artıq Azərbaycanın qəti mövqeyi ilə hamı hesablaşmaq məcburiyyətindədir. İstər Ermənistan dövləti, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri. Hesab edirəm ki, cənab Prezidentin ortaya qoyduğu ən ədalətli sülh yolu ondan ibarətdir ki, işğalçı erməni qoşunları, qeyri-qanuni birləşmələr Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan ərazilərini tərk etsin. Bundan sonra qrafik müəyyənləşdirilsin, bəlli olsun ki, hansı müddətə hansı məntəqələrdən çıxacaqlar. Bununla Azərbaycan işğal altında olan ərazilərə nəzarəti bərpa edir, sonra isə Dağlıq Qarabağın statusu və digər məsələlər müzakirə oluna bilər”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin komitə sədri Musa Quliyev “Azərbaycanın Xarici işlər nazirinin bu gün Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündən nə gözləyirsiniz” sualına cavabında deyib.

Musa Quliyev əlavə edib ki, Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu hər kəs bilir: “Bizim Prezidentimiz mövqeyimizi açıq şəkildə ifadə edib. Məncə, burada bizimlə razılaşmalıdırlar. Bu məsələnin həlli üçün yerganə şərt qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılmasıdır”.


M. Quliyev

Deputat hesab edir ki, Cenevrədə olmasa da, yaxın günlərdə razılıq əldə oluna bilər: “Çünki şanlı Azərbaycan Ordusunun əks-hücumu davam etdirməsi qısa müddətdə Ermənistan dövlətinin çöküşünə gətirib çıxaracaq. Bu gün Ermənistanın Azərbaycana cavab verəcəyi nə iqtisadi, nə də hərbi gücü yoxdur. Orada artıq demoralizasiya prosesi gedir, əsgərlərin mənəvi ruh düşgünlüyü başlayıb. Ola bilsin ki, bir azdan vətəndaşların Nikol Paşinyana qarşı mitinqləri başlasın, inqilab olsun. Bütövlükdə Ermənistan dövləti çökə və yenidən bərpa oluna bilməz. Bunu həm ermənilər, həm də onların havadarları çox yaxşı bilirlər. Odur ki, nə qədər qısa müddətdə Azərbaycanın təklifini qəbul etsələr, bir o qədər Ermənistanın xeyrinə olacaq. Məsələ uzandıqca Ermənistanın tam çöküşü baş verəcək. Onlar bu reallığı dərk edirlər”.




Bölməyə aid digər xəbərlər