22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Gəncə şəhəri raket atəşinə tutulub: 7 mülki şəxs həlak olub, çoxsaylı yaralı var - Fotolar
Tarix: 11-10-2020 10:25 | Bölmə: Slayd
Gəncə şəhəri raket atəşinə tutulub: 7 mülki şəxs həlak olub, çoxsaylı yaralı var

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən Reyting.az-a verilən məumata görə, düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Onu da qeyd edək ki, yaralanan mülki əhali arasında ölü sayı artıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb ki, indiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7 + mülki şəxs öldürülüb.

H. Hacıyev bildirib ki, gecə yarısı Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 3 yaşayış binası dağıdılıb: “İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb. 33 nəfər ağır yaralanıb, onların arasında uşaqlar da var. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.








Reyting.az




Bölməyə aid digər xəbərlər