22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Azərbaycan Dağlıq Qarabağdakı mülki əhaliyə humanitar koridor verməyə hazırdır - Foto
Tarix: 11-10-2020 15:19 | Bölmə: Slayd
Azərbaycan Dağlıq Qarabağdakı mülki əhaliyə humanitar koridor verməyə hazırdır

“Biz erməni xalqı ilə müharibə aparmırıq. Bu müharibə işğalçı, təcavüzkar dövlətlədir. Əgər onlar da silahı yerə qoyarsa, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa, Azərbaycan tərəfi onların Cenevre Konvensiyası əsasında bütün hüquqlarını təmin etməyə hazırdır”.

Reyting.az
xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncə şəhərində Baş prokurorla birgə keçirdiyi mətbuat konfransında deyib.

H. Hacıyev bildirib ki, Dağlıq Qarabağda yaşayan mülki insanlar koridora ehtiyac duyduğu təqdirdə Azərbaycan onları humanitar koridorla təmin etməyə hazırdır: “Bu, yenə də sivil dünya ilə Ermənistan arasında olan fərqi göstərir".

Hikmət Hacıyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycan Ordusu heç bir mülki hədəflərə atəş açmır.



H. Hacıyev əlavə edib ki, Ermənistan tərəfindən törədilən cinayətlər siyasi və hərbi təxribat kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, ermənilər Azərbaycanda mülki əhaliyə xətər yetirmək və yaxud da ölüm hallarını artırmaqla Azərbaycan xalqını qorxutmaq və çəkindirmək məqsədləri güdürlər: “Amma buna heç vaxt nail ola bilməyəcəklər. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı yaşadığı məntəqələrdə, yerlərdə çox sabit durumdadır. Xalqımız dövlətimizin ətrafında səfərbərdir. Siyasi təxribatlar isə 3-cü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycan Silahlı Qüvvələrini Ermənistan ərazisində olan bəzi məntəqələrə zərbələr endirməyə təşviq etməkdir. Onlar bundan Azərbaycana qarşı istifadə etmək istəyirlər. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında, işğal edilmiş ərazilərinin azad olunması istiqamətində keçirilən sülhə məcburetmə əməliyyatı çərçivəsində legitim haqlarından istifadə edərək hərbi hədəfləri sıradan çıxarmaqdadır. Humanitar atəşkəslə əlaqədar bəyanat imzalanmışdı. Burada da Ermənistan öz riyakarlığını növbəti dəfə göstərdi. Burada beynəlxalq missiyanı həyata keçirən tərəflər - ATƏT-in Minsk qrupu və beynəlxalq ictimaiyyət buna qiymət verməlidir. Onlar görməlidirlər ki, Azərbaycan necə qorxaq, şərəfsiz və alçaq tərəflə üz-üzə dayanıb. Bunlar üçün hər hansı mənəvi və siyasi-diplomatik çərçivədə heç nə mümkün və mövcud deyil. Azərbaycan xalqı bunu 1992-ci ildə Xocalıda vətəndaşlarımıza qarşı etnik təmizləmə aparılanda görmüşdü”.




Bölməyə aid digər xəbərlər