22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Çavuşoğlu Lavrova zəng etdi, Türkiyə XİN isə bəyanat yaydı: "Azərbaycanın yanındayıq”
Tarix: 11-10-2020 15:52 | Bölmə: Slayd
Çavuşoğlu Lavrova zəng etdi, Türkiyə XİN isə bəyanat yaydı: "Azərbaycanın yanındayıq”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrovla zəng edib.

Reyting.az T
ürkiyə mətbuatına istinadla xəbər verir ki, Çavuşoğlu Lavrovla Qarabağ zonasındakı vəziyyəti müzakirə edib.

O, həmkarından Ermənistanın Azərbaycanın yaşayış yerlərinə və mülki əhalisinə qarşı hücumu dayandırmaları üçün xəbərdarlıq etməyi istəyib.

Türkiyə XİN, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı dövlət terroru ilə bağlı da bəyanat verib.

Bəyanatda Gəncəyə hücum kəskin pislənilib:

"Ermənistanın humanitar atəşkəsi pozaraq bu gün səhər Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə etdiyi raket hücumunu qətiyyətlə pisləyirik.

Döyüş bölgəsindən 100 km məsafədəki Gəncədə bir yaşayış binasına tuş gələrək 9 mülki şəxsin ölümünə, 39 nəfərin yaralanmasına səbəb olan bu hücum Ermənistan rəhbərliyinin münaqişəni işğal altındakı Azərbaycan ərazilərinin xaricinə yayma məqsədinə yönəlmiş təxribatların yeni bir nümunəsidir. Bu hücum eyni zamanda Ermənistanın atəşkəsdən anlamadığını göstərir. Ermənistanın bu aqressiyası həmişəki işğalçı və təcavüzkar zehniyyətinin təzahürüdür. Beynəlxalq ictimaiyyət bu hüquq tanımazlığa artıq dayan deməlidir. Hücum nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Can Azərbaycana başsağlığı diləyirik. Türkiyə həmişəki kimi Azərbaycanın yanındadır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər