17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ 740 milyard dollarlıq müdafiə büdcəsi qurur - Türkiyəyə qarşı sanksiya da nəzərdə tutulub
Tarix: 04-12-2020 11:41 | Bölmə: Slayd
ABŞ 740 milyard dollarlıq müdafiə büdcəsi qurur - Türkiyəyə qarşı sanksiya da nəzərdə tutulub

ABŞ Konqresinin Senatı və Nümayəndələr Məclisi ölkənin 2021-ci il dövlət büdcəsində müdafiə xərclərinə 740 milyard dollar ayrılması üçün Milli Müdafiə Səlahiyyəti Qanunu (NDAA) layihəsini təsdiqləyib.

Reyting.az
xəbər verir ki, Rusiyadan “S-400” raket kompleksləri aldığı üçün layihədə Türkiyəyə sanksiya da nəzərdə tutulur.

ABŞ prezidenti Donald Tramp ona təqdim edilən büdcə zərfini bu şəkildə təsdiqləyərsə, bu, Türkiyəyə sanksiyanın qapısını açacaq.

Qeyd edək ki, qanun layihəsində Pentaqon üçün 635,5 milyard dollar təməl büdcə, 69 milyard dollar savaş fondu kimi təqdim edilən “Xaricdə mümkün əməliyyatlar fondu”, 8,9 milyard dollar isə müdafiə ilə bağlı xərclər nəzərdə tutulub. Büdcədə nəzərdə tutulan ümumi vəsait 713,4 milyard dollardır. Bununla paralel olaraq Enerji Nazirliyinin büdcəsi çərçivəsində nüvə potensialı ilə bağlı müdafiə xərcləri üçün 26,6 milyard dollar ayrılır.



Müdafiə büdcəsi layihəsində Türkiyəyə sanksiya tətbiq etməyə yol açan bölüm də var. Layihədə Türkiyənin Rusiyadan “S-400” kompleksləri almasından sonra bu halın ABŞ-ın düşmənlərinə qarşı sanksiya tətbiqinə uyğun olduğu bildirilir.

Layihədə ABŞ prezidentinin CAATSA çərçivəsində müəyyən edilən 12 maddənin ən azı 5-ni tətbiq etməsi, sanksiyaların “idxal olunan malları” əhatə etməsi istənilir. Bu mallar siyahıda təbii və ya texnogen materiallar, istehsal olunmuş materiallar və əlaqədar yoxlama avadanlıqları kimi göstərilir.



Türkiyəyə qarşı sanksiyaların qaldırılmasının şərtləri də açıqlanır: sanksiya tətbiq edildikdən 1 il sonra Konqresin müvafiq komitələrində bu məsələ gündəmə gələ, 231-ci maddəyə uyğun olaraq sanksiyalar aradan qaldırıla bilər. Amma bunun üçün faktiki olaraq Türkiyə-Rusiya münasibətləri geriləməlidir.

Məlumat üçün qeyd edək ki, belə bir vəziyyət ABŞ-ın 2020-ci il müdafiə büdcəsi layihəsində də yaşanmışdı. Hətta ABŞ prezidenti layihəni təsdiqləsə də, Türkiyəyə qarşı sanksiyalar istiqamətində heç bir addım atılmadı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}