22:48 / 02-09-2025
Tiktoker Xosrov həbs olunub
14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
“Sabah”da baş məşqçi təyinatı olub
Tarix: 20-06-2025 13:22 | Bölmə: İdman
“Sabah”da baş məşqçi təyinatı olub

“Sabah” komandasında yeni baş məşqçi təyinatı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əslən Litvadan olan Valdas Dambrauskasla 3 illik müqavilə bağlanıb.

Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.

Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/2021), iki dəfə Litva çempionu (2014/2015, 2015/2016), bir dəfə Latviya Kubokunun (2018/2019), üç dəfə Litva Kubokunun (2014/2015, 2015/2016, 2016/2017), bir dəfə Xorvatiya Kubokunun (2021/2022), iki dəfə Litva Superkubokunun (2015/2016, 2016/2017), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/2022) qalibi olub.




Bölməyə aid digər xəbərlər