07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Tofiq Musayev Bakıdakı UFC turnirində fərqli çəkidə döyüşəcək
Tarix: 20-06-2025 10:40 | Bölmə: İdman
Tofiq Musayev Bakıdakı UFC turnirində fərqli çəkidə döyüşəcək

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində başqa çəki dərəcində mübarizə aparacaq.

Məlumata görə, idmançı və Qırğızıstandan olan rəqibi Mıktıbek Orolbai 75 kq çəki dərəcəsində döyüşməyə razılıq veriblər.

Onlar daha əvvəl 70 kq-da üz-üzə gəlməli idilər. Lakin rəsmi çəkiölçmə mərasimində hər ikisi buna uyğun gəlməyib.

“UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib