07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Bu gün Cenevrədə “dördlər”in görüşü olacaq
Tarix: 20-06-2025 07:39 | Bölmə: Siyasət
Bu gün Cenevrədə “dördlər”in görüşü olacaq

Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri Cenevrədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə vəziyyəti müzakirə edəcəklər.

Reyting.az
xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

“Bu görüş İsrailin İrana hücumundan sonra diplomatik irəliləyiş sayıla bilər”,– yazan qəzet, eyni zamanda, onu da qeyd edib ki, rəsmi Tehranın bu görüşdə iştiraka razılıq verib-verməməsi hələlik aydın deyil.

Qeyd edək ki, İsraillə İran arasında qarşıdurmanın kəskinləşməsindən keçən bir həftə ərzində İran rəsmiləri ilə Qərbin nümayəndələri arasında görüş olmayıb. İranın xarici işlər naziri Əraqçi bildirmişdi ki, İsrail hava hücumlarını dayandırmayana qədər, o, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşməyəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər