07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Paşinyanın vaxtı başa çatır: ya üç namizəddən biri önə keçəcək, ya da ölkə...
Tarix: 07-12-2020 16:08 | Bölmə: Slayd
Paşinyanın vaxtı başa çatır: ya üç namizəddən biri önə keçəcək, ya da ölkə...

Ermənistan müxalifətinin Nikol Paşinyanın yerinə Baş nazir vəzifəsinə irəli sürdüyü iki namizəd arasında görüş planlaşdırılır.

Reyting.az
xatırladır ki, 16 müxalifət partiyası Nikol Paşinyanın qarşısında dekabrın 8-nə qədər istefa vermək tələbi qoyub.

Bu partiyalar Paşinyanın yerinə vahid namizəd kimi Vazgen Manukyanı irəli sürüb. Erməni təhlilçilərinin ehtimallarına görə, əslində 70 yaşlı Manukyan müxalifətin formal namizədidir. Çünki hazırda erməni cəmiyyəti Manukyanın adı altında gizlənən Robert Köçəryan və ya Serj Sarkisyanı qəbul etmir, onlara oğru və korrupsioner kimi baxır. Məhz bu səbəbdən də Ermənistandakı “Qarabağ klan”ı və ona yaxın olan “əl partiyaları” Vazgen Manukyanın namizədliyini irəli sürür. Vazgen Manukyanın liderliyində başlanan hərəkat Paşinyanın karyerasına son qoya bilsə, bir ildən sonra Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməli, beləcə, “Qarabağ erməniləri”nin Yerevanda hakimiyyətə qayıdış planı baş tutmalıdır.

Ermənilərin Nikol Paşinyana qarşı ikinci namizədi Edmon Marukyan hesab olunur. Marukyan eyni zamanda erməni parlamentində təmsil olunur və adına fraksiya var. “İşıqlı Ermənistan” partiyasına rəhbərlik edən Marukyanın namizədliyi partiyası tərəfindən irəli sürülüb.

Marukyan bu gün Yerevanda keçirilən parlament iclası zamanı bildirib ki, yaxın günlərdə 16 partiyanın vahid namizədi olan Vazgen Marukyanla görüşü planlaşdırılır. O, əlavə edib ki, 16 partiyanın nümayəndəsi ilə təmas və məsləhətləşmələr aparılır.

Bununla belə Edmon Marukyan qeyd edib ki, hər bir qüvvənin Baş nazir postuna öz namizədinin olması hüququna hörmətlə yanaşılmalıdır: “Biz açıq qeyd edirik ki, partiyamızın seçkilərdə Baş nazir postuna öz namizədi var. Qarşı tərəf bunu hörmətlə qarşılayır. Vazgen Marukyanla əlbəttə görüş keçiriləcək. Belə bir təşəbbüs var. Görüşməli, danışmalı və ünsiyyət qurmalıyıq”.

Ermənistan Baş naziri postuna üçüncü namizəd kimi bu ölkənin xüsusi xidmətinə rəhbərlik etmiş Artur Vanesyanın adı çəkilir. Vanesyan Rusiya “KQB” məktəbinin məzunlarındandır. Onun Rusiya ilə yaxşı əlqələrinin olduğu bildirilir. Həmçinin Baş nazir Nikol Paşinyan hökumətində işləsə də, sonradan onunla yollarını ayırıb.

Beləliklə, sabah Ermənistan Baş nazirinə verilən müddət başa çatır. Dekabrın 8-də Nikol Paşinyan ya istefa verməli, ya da həmin tarixdən başlayaraq ölkə vətəndaş müharibəsinə doğru irəliləməlidir. Bəli, Paşinyanın əhali arasında hələlik dayaqları var. Amma burada hər şey Moskvanın mövqeyindən asılı olacaq. Moskva isə anlayır ki, “Qarabağ klanı”nı hakimiyyətə gətirmək onun üçün yeni problemlərə yol açır.

Bir sözlə, Azərbaycanda 1991-1993-cü illərdə yaşanan siyasi böhran indi Ermənistanda təkrar olunur. Hər iki böhrana səbəb olan hadisə sözsüz ki, Qarabağ məsələsidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər