07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Xocalı şəhərinə həm Şuşadan, həm də Ağdamdan yol açılmalıdır
Tarix: 07-12-2020 16:31 | Bölmə: Slayd
Xocalı şəhərinə həm Şuşadan, həm də Ağdamdan yol açılmalıdır

“Sözsüz ki, rus sülhməramlılarının fəaliyyətinə dair müəyyən ciddi suallar var. Məncə, bu suallara cavab tapılması üçün Azərbaycan tərəfindən də ciddi addımlar atmaq lazımdır. Nəzərə almaq lazımdır ki, rus sülhməramlıları Ermənistana qaçan və indi Dağlıq Qarabağa qayıdan erməni əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə gəlməyib. Bütövlükdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan insanların ora qaytarılması və təhlükəsiz yaşamasının təminatı üçün fəaliyyət gösərməlidir”.

Bunu Rusiya sülhməramlılrın Dağlıq Qarabağ ərazisində fəaliyyətini şərh edən Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli Reyting.az-a deyib.


N. Cəfərli

N. Cəfərli bildirib ki, Azərbaycan tərəfi də bu məsələdə aktiv olmalıdır: “Bizim Xocalıdan olan azı bir neçə min köçkünümüzün var. Vaxtı ilə Xocalı şəhəri bütövlükdə bizim olub, orada ermənilər, başqa etnik mənsubiyyəti olan insanlar yaşamayıb. Xocalı köçkünlərinin öz şəhərlərinə qayıtması və təhlükəsiz yaşaşamasına zəmanətin verilməsi Rusiya sülhməramlılarının borcudur. Onlar bunu həyata keçirməlidir. Amma kənardan elə görünür ki, sanki rus sülhməramlılar erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə mükəlləfdirlər. Belə deyil. Hesab edirəm ki, Azərbaycan tərəfi də addım-addım bu məsələləri Rusiya ilə müzakirələr masasına yatırmalı və bu problemlər öz həllini tapmalıdır. Başqa sözlə, Xocalı şəhərinə həm Şuşadan, həm də Ağdamdan yol açılmalı, ora bərpa olunmalı, Azərbaycan əhalisi ora köçürülməlidir.

Rusiya sülhməramlıları ancaq sülhməramlı işlə məşğul olmurlar. Onlar binaları təmir edir, məktəblər açırlar. Onlar təkcə erməni məktəbləri açmaq üçün gəlməyiblər. Azərbaycan məktəbi də açsınlar. Məsələn, Xocalıda Azərbaycan köçkünləri üçün məktəb tiksinlər. Hesab edirəm ki, bu tipli məsələləri gələcəkdə qaldırmaq və onların həllinə addım-addım yaxınlaşmaq vacibdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər