07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
BMT Rusiyaya çağırış etdi: “Ordunu dərhal çıxart və müvəqqəti işğala gecikmədən son qoy!”
Tarix: 08-12-2020 10:56 | Bölmə: Slayd
BMT Rusiyaya çağırış etdi: “Ordunu dərhal çıxart və müvəqqəti işğala gecikmədən son qoy!”

“Rusiya hərbi qüvvələrini dərhal Krımdan çəkməli və Ukraynanın ərazilərində müvəqqəti işğala gecikmədən son qoymalıdır”.

Reyting.az
xəbər verir ki, belə bir çağırışla Birləşmiş Millət Təşkilatının (BMT) Baş Məclisi çıxış edib.

Bu, faktiki olaraq BMT tərəfindən Rusiyanın işğalçı dövlət kimi təqdim edilməsidir.

Qeyd edək ki, Krımın və Sevastopol şəhərinin Rusiya tərəfindən işğalını pisləyən qərarda işğalın tanınmadığı, Krımın zorla ələ keçirilməsinin qanunsuz və beynəlxalq hüquqa zidd olduğu ifadə edilib.

Tövsiyə xarakteri daşıyan qərarın lehinə 63 səs verilib. 17 nəfər qərarın əleyhinə çıxıb, 62 nəfər isə bitərəf qalıb.




Bölməyə aid digər xəbərlər