07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Qarabağdan qayıdan erməni batalyonu mülki hədəflərə terror hücumları planlaşdırır - Fotolar
Tarix: 09-12-2020 12:33 | Bölmə: Slayd
Qarabağdan qayıdan erməni batalyonu mülki hədəflərə terror hücumları planlaşdırır

Suriyanın şimalında PKK/YPG nəzdində fəaliyyət göstərən və əsasən yerli ermənilərdən formalaşdırılmış erməni batalyonu Ermənistanın hərbi məğlubiyyətindən sonra Qarabağı məcburən tərk edib. Onlar ermənilərin üzləşdikləri məğlubiyyətin qisasını almaq üçün Türkiyə, Azərbaycan və Rusiyada mülki hədəflərə qarşı terror hücumları planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu haqda “Bursa Hakimiyet” qəzeti Türkiyə təhlükəsizlik qaynaqlarına istinadla məlumat yayıb.

Suriyanın şimalında erməni batalyonu PKK/PYD terror təşkilatı tərəfindən 2019-cu ilin aprelində Türkiyəyə qarşı savaşmaq üçün yerli ermənilərdən və əsasən muzdlulardan formalaşdırılıb. Həmin batalyonun bu ilin yayında Qarabağa göndərildiyi haqda xəbər verilmişdi. Bildirilir ki, erməni batalyonu Qarabağdakı məğlubiyyətdən sonra Suriyanın şimalına dönüb və Ermənistanın bu müharibədə məğlub olmasına görə Azərbaycan və Türkiyə ilə yanaşı Rusiyanı da günahkar sayır.



“Türkiyə ordusunun uğurlu əməliyyatları nəticəsində rahat hərəkət edə bilməyən separatçıların qondarma “erməni batalyonu” bölgədə mövcudluğunu qoruyub saxlamağa çalışır, amma onları gözləyən acı aqibətdən xilas ola bilməyəcəklər”,- mənbə bildirir.

Bölgədəki təhlükəsizlik qaynaqları onu da deyirlər ki, “erməni batalyonu” Suriya rejiminin nəzarətində olan ərazilərdə sərbəst hərəkət edir və fəaliyyətlərini orada planlaşdırır. Çünki Əsəd rejimi ilə yaxşı münasibətlərə malikdr.

“Əldə edilən məlumatlara görə, Ermənistanın Dağlıq Qarabağda uğradığı ağır məğlubiyyətin ardınca PKK-ya bağlı erməni qrupları səs-küylü terror aksiyaları planlaşdırmağa başlayıb. “Erməni batalyonu” bu məğlubiyyətdə Rusiyanı da günahkar bilir və nəticədə Türkiyə və Azərbaycan da daxil olmaqla Rusiyada da mülki hədəflərə qarşı canlı bombalarla terror hücumları həyata keçirməyi planlaşdırır”, - mənbələr bildirir.

Suriyanın şimalında qurulan “erməni batalyonuna” 2017-ci ildə Rakkada İŞİD-lə döyüşlərdə öldürülən erməni Nübar Ozanyanın adı verilib. Qruplaşma əsasən solçu ideologiyaya malik ermənilərdən formalaşdırılıb. Batalyonun rəhbərləri arasında Ermənistan ordusunun zabitləri və istefada olan generalları da var.(Mənbə:Virtualaz.org)





Bölməyə aid digər xəbərlər