07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Fransa parlamentinə müsəlmanlarla bağlı qalmaqallı layihə təqdim edilib - Foto
Tarix: 10-12-2020 11:03 | Bölmə: Slayd
Fransa parlamentinə müsəlmanlarla bağlı qalmaqallı layihə təqdim edilib

Fransa parlamentinə ölkədə olan müsəlmanların “xüsusi düşərgələrə” toplanmasını özündə ehtiva qanun layihəsi daxil olub.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, qanun layihəsinin müəllifi aşırı-sağçı siyasi görüşə mənsub siyasətçi Guillaume Peltierdir.

G. Peltierin parlamentə təqdim etdiyi qalmaqallı qanun layihəsi Fransa Milli Məclisinin internet səhifəsində də yayımlanıb.

Qeyd edək ki, layihənin müəllifi olan hüquqşünas Peltier əvvəllər Milli Cəbhə Partiyasının üzvü olub və hazırda sabiq prezident Sarkozinin qurduğu Cümhuriyyət Partiyasında sədr müavinidir.

Ümumən sabiq prezident Sarkozinin hazırkı prezident Makronla sıx-sıx görüşdüyü haqda xəbərlər də yeni deyil. Layihənin müəllifi bir neçə gün əvvəl Makronu “Milli Təhlükəsizlik Qanunu”na dəyişiklik etməyi və irqçi polis zorakılığına qarşı başlayan aksiyalara sərt reaksiya verməyə çağırıb.

Faşist dövrünün qaydalarını xatırladan qanun layihəsində nəzərdə tutulur ki, radikallaşan və xüsusi xidmət tərəfindən güdülən şəxslər inzibati həbs düşərgələrində saxlanılsınlar. Qalmaqallı layihədə kəşfiyyat xidmətinin məhdud mənbələri ilə siyahıda olan şəxslərin gündəlik izlənməsinin qeyri-mümkün olduğuna əsaslanırlar.

Parlamentə təqdim edilən layihənin statusu qeyri-müəyyən olsa da, Makron hökumətinin islam və müsəlmanlara qarşı sərtləşmə siyasətinin qlobal dünyada narahatlıq yaratması ilə eyni dövrdə ortaya çıxması diqqət çəkir. Makronun son aylarda “Fransız islamı” təklifi ilə ölkəsindəki müsəlman qurumları və strukturlarını hədəfə alan strategiya ortaya qoyması da xüsusi nəzərə alınmalıdır. O cümlədən Fransa hökumətinin daxili işlər naziri G. Darmanin də sistematik olaraq islama qarşı çıxışları təsadüfi sayılmır. Nazir ötən həftə elan etmişdi ki, ölkə çapında 76 məscidlə bağlı əməliyyat keçirəcək və bəziləri qapadılacaq. O, həmçinin mağazalarda halal qida rasionlarını hədəfə alıb və bununla bağlı qadağalar tətbiq ediləcəyini bildirib.





Bölməyə aid digər xəbərlər