07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Baydenin Cənubi Qafqaz siyasəti: ciddi dəyişiklik olacaqmı? - Deputat şərh edir
Tarix: 10-12-2020 12:05 | Bölmə: Slayd
Baydenin Cənubi Qafqaz siyasəti: ciddi dəyişiklik olacaqmı? - Deputat şərh edir

“ABŞ-da hakimiyyət dəyişikliyi baş verib və yeni administrasiyanı Con Baydenin timsalında Demokrat Partiyası formalaşdıracaq. İndi Baydenin siyasətini, xüsusilə Cənubi Qafqazla bağlı mövqeyinin necə olacağı ekspertlər tərəfindən müzakirə edilir. Amma məncə, əvvəlcə gözləmək lazımdır ki, Bayden hakimiyyətə rəsmən gəlsin, bundan sonra atdığı addımlar şərh edilsin. Şəxsən mənim qənaətim belədir ki, Con Baydenin siyasəti sabiq prezident Barak Obamanın siyasətindən fərqli olmayacaq. Yəni xüsusi yenilik gözləmirəm”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, ABŞ siyasi sistemini dərindən araşdıran Asim Mollazadə deyib.

Asim Mollazadə Donald Trampın siyasətində müəyyən fərqliliyin olduğu fikri ilə razılaşsa da, qeyd edib ki, aksentlər fərqli olsa da, ABŞ dövlətinin xarici siyasətində ciddi dəyişikliklər olmur: “Dövlət maraqları, milli təhlükəsizlik maraqları hər zaman prioritet təşkil edir. Hətta hansısa siyasətçilərin müvafiq qruplarla fikirlərinin fərqliliyi və ya hansısa etnik diasporalarla əlaqələrin yaxınlığının olmasına baxmayaraq dövlət maraqları ABŞ-da hər zaman vahid siyasi sistemi formalaşdırmağa qadirdir”.


A. Mollazadə

A. Mollazadə C. Bayden hakimiyyəti dövründə ABŞ-Azərbaycan siyasətində ciddi problemlərin olmayacağına ümid edir:

“Bizim Amerika ilə hər zaman normal tərəfdaşlıq siyasətimiz olub. Azərbaycan ABŞ-ın milli təhlükəsizlik maraqları olan dairədə ciddi dəstək verib. ABŞ da Azərbaycanın enerji layihələrini dəstəkləyib. Ona görə də, bu istiqamətlərdə bizim əməkdaşlığımız çox uğurla həyata keçirilib. Gələcək münasibətlər də, bu təcrübə əsasında davam etdiriləcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər