07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Rusiyaya yeni sanksiyalar tətbiq edilib
Tarix: 11-12-2020 00:57 | Bölmə: Slayd
Rusiyaya yeni sanksiyalar tətbiq edilib

ABŞ və İngiltərə Rusiyanın bir sıra vətəndaşlarına və təşkilatlarına sanksiya tətbiq edib. Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, onların sanksiyaya məruz qalmalarına səbəb insan haqlarını pozmaları göstərilir.

“Maqnitski qanunu” çərçivəsində Amerikanın sanksiya tətbiq etdiyi siyahıya aşağıdakılar daxildir:

“Rosqvardiya”nın Çeçenistan üzrə başçısının müavini Danil Martınov, respublika Baş nazirinin müavini Vaxit Usmaev, Rusiya vətəndaşı Ziyad Sabsabi. Amerika Maliyyə Nazirliyi onların "Ramzan Kadırovla əlaqəli" olduğunu bildirir.

Bundan əlavə, "Kadırovun Avropadakı təmsilçisi" Timur Duqazaevə (Almaniya vətəndaşı), BƏƏ vətəndaşı Satiş Siimara sanksiya tətbiq edilib - o, Çeçenistan rəhbərinə "maddi və texnoloji yardım"a görə sankiyaya məruz qalıb.

2017-ci ildən bəri “Maqnitski qanunu” ilə cəzalandırılan Kadırov, yeni siyahıda “Kadırovçular” təşkilatının lideri adlandırılır. O, 2015-ci ildə siyasətçi Boris Nemtsovun öldürülməsi də daxil olmaqla “insan haqlarının ciddi şəkildə pozulmasında” iştirakda günahlandırılır.

Axmat Kadırov Fondu, “Axmat” Futbol Klubu, “Axmat” Absolute Championship, “Axmat” MMA “Fight Club”, “Çeçen mineral suları” və “Meqastroyinvest” də ABŞ-ın sanksiyalarına məruz qalıb.

Bu şəxslərin əmlakı və maliyyəsi ABŞ-da bloklanacaq və Amerika vətəndaşlarının onlarla ticarəti qadağan ediləcək.

Ölkəyə giriş qadağası və aktivlərin dondurulması da daxil olmaqla İngiltərənin məhdudiyyətləri aşağıdakılara tətbiq edilib:

Çeçenistanın Daxili işlər naziri Ayub Kataev, Daxili işlər nazirinin müavini Apti Alaudinov, Parlament sədri Maqomed Daudov və “Terek” xüsusi dəstəsi - "işgəncə və hüquqlara qarşı digər cinayətlərə görə" - sanksiya ilə üzləşiblər.

Qeyd edək ki, bundan əvvəl ABŞ senatorları Maliyyə Nazirliyini “Maqnitski qanunu” çərçivəsində sanksiyaları genişləndirməyə çağırıblar. 2012-ci ilin dekabr ayından etibarən məhdudiyyətlər Vaşinqtonun insan haqlarının pozulmasında iştirak etdiyini düşündüyü Rusiya vətəndaşlarına və təşkilatlarına tətbiq olunur. Daha sonra bu əmələ qlobal bir qanun statusu verilib.

Rəsmi Moskva isə dəfələrlə bildirib ki, “Maqnitski işini” siyasiləşdirmək yolverilməzdir.

***

Onu da qeyd edək ki, son məlumata görə, Avropa Birliyi dövlət başçılarının sammitində də Rusiyaya qarşı iqtisadi sanksiyaların növbəti dəfə uzadılmasına dair qərar verilib.

Reyting.az xəbər verir ki, Avropa Şurası başçısının mətbuat katibi Barend Leyts “Twitter”də yazıb ki, sammitdə AB ilə ABŞ arasındakı münasibətlər və Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı razılaşmalar əldə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər