14:17 / 20-06-2025
"Ulduz"lu görüşlər"in növbəti qonağı Mətanət Vahid olub - Fotolar
14:06 / 20-06-2025
Böyük fəlakətin qarşısını almaq üçün cəmi bir neçə il vaxt var - Xəbərdarlıq
13:59 / 20-06-2025
Prezident Çinlə yeni saziş haqqqında Fərman imzalayıb
13:52 / 20-06-2025
İlham Əliyev Çinlə Əməkdaşlıq Planını təsdiqləyib
13:30 / 20-06-2025
Nikol Paşinyan Türkiyədədir - (Yenilənib) - Foto
13:22 / 20-06-2025
“Sabah”da baş məşqçi təyinatı olub
13:18 / 20-06-2025
Yüz minlərlə rus Şengen ölkələrinə gedə bilməyəcək
13:07 / 20-06-2025
Peskov: İsrail Xamnəini öldürərsə...
12:45 / 20-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:43 / 20-06-2025
Dövlət mülkiyyətindəki avtomobillər satışa çıxarılıb
12:30 / 20-06-2025
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
12:06 / 20-06-2025
Naxçıvan Ali Məclisinin buraxılması qaydası müəyyənləşir
11:55 / 20-06-2025
Peyk görüntüləri: İran neft ixracını sürətləndirib - Foto
11:08 / 20-06-2025
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
10:49 / 20-06-2025
Odessaya hücum: yanğınlar və tələfat var
10:48 / 20-06-2025
DİN-nin Hərbi İnstitutunda buraxılış olub - Video
10:40 / 20-06-2025
Tofiq Musayev Bakıdakı UFC turnirində fərqli çəkidə döyüşəcək
10:21 / 20-06-2025
Bağlanmış bankların əmlakları satışa çıxarılıb
09:59 / 20-06-2025
"Bal Badem”in fəaliyyəti dayandırılıb
09:35 / 20-06-2025
Meyxanaçı Mahir Qonşuyev yenə həbs edilib
09:25 / 20-06-2025
Neft Fondunun tenderi ləğv olunub
09:13 / 20-06-2025
Diplomatlar Laçına səfər ediblər
09:12 / 20-06-2025
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
07:39 / 20-06-2025
Bu gün Cenevrədə “dördlər”in görüşü olacaq
07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
07:28 / 20-06-2025
Lemmi: “Diplomatik həll üçün “pəncərə” var”
07:21 / 20-06-2025
Yardım olmasa Ukrayna üçün fəlakət başlayacaq
07:15 / 20-06-2025
Qrossi: “İran atom bombası hazırlamırdı”
00:05 / 20-06-2025
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçiriblər
10:23 / 19-06-2025

11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

11:30 / 18-06-2025

16:03 / 17-06-2025

11:19 / 17-06-2025

Rusiya Qarabağda oyun qaydalarını pozur - Sülhməramlıların xəritəsi ciddi narazılıq yaradıb
Tarix: 14-12-2020 17:08 | Bölmə: Slayd

Azərbaycan Ordusu 27 sentyabrdan başlayan əks-hücumla işğal altında olan ərazilərin böyük hissəsinə nəzarəti bərpa etdi. Bunun ardınca digər ərazilərin - Laçın, Kəlbəcər, Ağdərə və Ağdam rayonlarının işğal altında olan hissələrinin, eləcə də Xankəndi şəhəri və daha bir neçə yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Ordusu üçün ciddi problem sayılmırdı. Çünki işğalçı Ermənistanın Qarabağda cəmləşdirdiyi hərbi birləşmələr və müdafiə postları qısa müddət ərzində darmadağın edilmişdi. Böyük məğlubiyyətlə üzləşən işğalçı ölkənin Baş naziri Nikol Paşinyan isə müxtəlif ölkələrin rəhbərlərinə atəşkəs yalvarışları edib, ölkəsinin hərbi sisteminin tam çökməsini və böyük qaçqın ordusunun qarşısını almağa çalışırdı. Bu məsələdə işğalçı ölkə rəhbərinin yalvarışları nəzərə alındı və Ermənistan kapituliyasiyaya imza atmaq məcburiyyətində qaldı.
Moskva Paşinyanın göz yaşlarına inandı
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyanın əks-hücum əməliyyatlarının dayandırılması üçün ən çox minnətçi düşdüyü ölkə Rusiya idi. Şimal qonşumuz bu dəfə də Ermənistanın köməyinə çatdı və işğalçı ölkəni qismən də olsa xilas etdi.
Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan Baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatından sonra işğalçı ölkə Ağdam, Kəlbəcər, Laçın və digər ərazilərdən çıxmaq öhdəliyi götürdü və bu, Qarabağa gəlmiş Rusiya sülhməramlılarının müşayiəti ilə reallaşdırıldı. Bütün bunlara baxmayaraq, üçtərəfli bəyanata əsasən Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlılarının son günlərdəki fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.
Sülhməramlıların Qarabağdan çıxması tələb olunur
Artıq Azərbaycanın bir qrup ictimai-siyasi xadimi Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını tələb edirlər. Hətta siyasi partiya, ictimai təşkilat rəhbərləri bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana, Birləşmiş Millətlər Təşkilatına, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-in Parlament Assambleyasına, Qoşulmama Hərəkatının Koordinasiya Bürosuna, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO), NATO Parlament Assambleyasına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət göndərib, sülhməramlıların Qarabağdan çıxarılmasını tələb edirlər.

Müraciətdə qeyd olunur ki, Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”, ölkə Konstitusiyası və beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir və dövlətimizin suverenliyini məhdudlaşdırır:
1. Rusiya qoşunları sülhməramlı fəaliyyətlə bir araya sığmayan hərbi döyüş silahları ilə təchiz olunaraq faktiki olaraq Dağlıq Qarabağda hərbi baza qismində fəaliyyət göstərir.
2. Rusiya hökuməti Azərbaycan Respublikasının suveren hüquqlarını kobud şəkildə pozaraq “sülhməramlıların” fəaliyyətinin tənzimlənməsi barədə Azərbaycan hakimiyyəti ilə deyil, işğalçı Ermənistan hökuməti ilə anlaşmalar imzalayır.
3. Azərbaycan Respublikasının Sovet İttifaqının və ya Azərbaycan SSR-nin deyil, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasına, Sovet dövrünün qanunları və inzibati aktlarının müstəqil Azərbaycan Respublikasında hüquqi qüvvəsini itirməsinə, Konstitusiya Aktının 4-cü maddəsini əsas tutaraq ölkə parlamentinin qərarı ilə 1991-ci ildə “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin ləğv edilməsinə, bəzi rayonların inzibati-ərazi vahidlərində dəyişikliklər edilməsinə baxmayaraq, Rusiya “sülhməramlıları” öz missiyasını aşaraq və ölkənin qanunvericilik aktlarının tələblərini kobud şəkildə tapdalayaraq Dağlıq Qarabağın Sovet dövrünə aid inzibati xəritəsi əsasında Kəlbəcər rayonunun inzibati-ərazi vahidlərinin bir hissəsini, o cümlədən onun zəngin qızıl mədəninin yerləşdiyi ərazisini əsasən ermənilərin yaşadığı Ağdərə rayonuna daxil etməyə çalışır ki, bu da dövlətimizin suverenliyinə kobud müdaxilə və cinayət əməlidir.
4. Rusiya sülhməramlıları “humanitar dəhliz” yaradılması barəsində razılaşmanı bəhanə edərək Azərbaycanı Laçın şəhərinə və Ermənistanla sərhədin 5 km. eni boyu əraziyə nəzarət etmək hüququndan məhrum etmişdir ki, bu da ölkəmizin ərazi bütövlüyünün qorunmasına və dövlət sərhədlərinin toxunulmazlığına qarşı qəsd və işğalçılıq aktıdır.
5. Rusiya hökuməti işğalçılıq niyyətlərini reallaşdırmaq məqsədilə keçmiş “Dağlıq Qarabağ Vilayəti”nə daxil olan rayonların əksər hissəsinin Azərbaycanın yurisdiksiyasına keçməsinə və həmin yerlərdə müvafiq dövlət orqanlarının yaranmasına mane olmağa çalışır.
6. Rusiya “sülhməramlıları” işğalçı Ermənistanla və Dağlıq Qarabağda qurulmuş separatçı rejimin başçıları ilə sıx əməkaşlıq edərək qondarma “DQR”-i dirçəltmək və onu müstəqil dövlət kimi tanıtmaq üçün açıq və gizli fəaliyyətlər göstərir.
Rus sülhməramlıları manipulyasiya edir

Rusiya tərəfinin Azərbaycan ərazisi olan Qarabağda nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi Azərbaycan ictimaiyyətində narazılıqları daha da artırır. Çünki sülhməramlıların “xəritə əməliyyatı” üçtərəfli razılaşmanın şərtləri ilə uyğunluq təşkil etmir, Azərbaycanın suveren hüquqlarını təhdidlə üzləşdirir, Hadrut və digər ərazilərdə gizlənmiş müəyyən sayda erməni terrorçular üçün əlavə “fəaliyyət” imkanları yaradır, eyni zamanda gələcəkdə mülki əhali arasında yeni qarşıdurmaları qaçılmaz edir. Bu səbəbdən də Azərbaycanda Rusiya sülhməramlılarının ölkə ərazisindən çıxarılmasını tələb edənlərin sayı artır.
Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarının gündə bir “xəritə” cızaraq dövriyyəyə buraxmaq səlahiyyətinin olmadığını bildirir və bunu “xəritələrlə manipulyasiya” kimi qiymətləndirir. Təbii ki, bu, sülhməramlıların səlahiyyət həddini aşması, Azərbaycanın suveren hüquqlarına, Konstitusiyasına və beynəlxalq qanunlara hörmətsizlik kimi qəbul edilir və üçtərəfli razılaşmadan irəli gələn öhdəliklərin pozulması kimi dəyərləndirilir.
Onu da qeyd edək ki, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Təəssüf ki, Rusiya sülhməramlıları öz fəliyyətini üzərinə götürdüyü öhdəliklərə uyğun qurmaq əvəzinə oyun qaydalarını pozur və həm Azərbaycan qanunlarına, həm də beynəlxalq qanunlara uyğun gəlməyən işlər görür.
Azərbaycan hərbi əməliyyatlara başlaya bilər
Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçular son günlər Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə hücumlar edib, nəticədə ölən və yaralananlar var. Təbii ki, bu da müəyyən mənada Rusiya sülhməramlıların məsuliyyətsizliyindən, eyni zamanda öz missiyası çərçivəsində görməli olduğu işlərə “ikili standartlar”la yanaşmasından irəli gəlir. Qeyd edək ki, Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət etsə də, belə təhlükələr Dağlıq Qarabağın digər yaşayış məntəqələrində də var. Belə hallar təkrarlanacağı təqdirdə Azərbaycan həmin ərazilərdə hərbi əməliyyatlar keçirmək hüququnu özündə saxlayır.

Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını da unutmayıb. Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulması, mülki əhali arasında çoxsaylı itkilər də rus sülhməramlılara Azərbaycanda inamı azaldır. Bu səbəbdəndir ki, ictimaiyyət Rusiyadakı müəyyən qüvvələrin Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planların Azərbaycanda təkrarlanma ehtimalının ola biləcəyini düşünür və sülhməramlıların fəaliyyətinə etibar etmirlər.
Böyük siyasətdən kiçik hisslərəcən...
Bəzi ekspertlər Rusiya tərəfinin son davranışlarını qısqanclıq hissi kimi qiymətləndirirlər. Onların iddiasına görə, Rusiyadakı müəyyən dairələr, dekabrın 10-da Bakıda keçirilmiş Qələbə paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikaların nümayişini həzm edə bilmirlər. Təbii ki, bu iddialarda da həqiqət payı yüksəkdir. Həm də istisna edilmir ki, həmin dairələr Qələbə paradında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakından da bərk qıcıqlanıblar. Çünki Rusiya Cənubi Qafqazda yeganə söz sahibi olmaq iddiasından əl çəkmək istəmir.
Amma Rusiya həm dünyada baş verən böyük dəyişiklikləri, həm də Dağlıq Qarabağdakı sülhməramlı missiyası çərçivəsində həyata keçirdiyi işlərdə Azərbaycan xalqının maraqlarını nəzərə almağa borcludur. Çünki bunu həm Azərbaycan, həm də beynəlxalq qanunlar tələb edir.
Rusiya kimi böyük bir dövlətin siyasətində yol verilən digər bir kiçik əməl isə ixrac məhsulları ilə əlaqəlidir. Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarına (pomidor və alma) siyasi sifarişlə məhdudiyyətlərin tətbiq olunması və bunun sanitar-epidemioloji tələblərlə pərdələnməsi birmənalı qarşılanmır və gülüş doğurur. Çünki hətta sadə vətəndaş da anlayır ki, Rusiyanın kənd təsərrüfatına nəzarət təşkilatının Azərbaycandan idxal edilən pomidor və almaya qadağa tətbiq etməsi əslində həmin məhsullarda hansısa virusun tapılması ilə bağlı deyil və bu, Rusiyanın hansısa istəkləri kontekstində təzyiqidir. Belə əməllər isə Azərbaycanda anti-Rusiya meyillərinin gücləndirir, şimal qonşumuzun imicinə böyük zərbə vurur. Bu zərbənin acısını isə Ermənistan çəkməli olacaq.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:52
İlham Əliyev Çinlə Əməkdaşlıq Planını təsdiqləyib
Bu gün, 13:30
Nikol Paşinyan Türkiyədədir - (Yenilənib) - Foto
Bu gün, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
Bu gün, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
Bu gün, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
Dünən, 13:36
NATO-da böyük dəyişiklik olacaq
Dünən, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq