07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Professor: “Paşinyanı devirib, Ermənistanda fərqli siyasi mühit yaradacaqlar”
Tarix: 16-12-2020 15:39 | Bölmə: Slayd
Professor: “Paşinyanı devirib, Ermənistanda fərqli siyasi mühit yaradacaqlar”

“Hazırda Ermənistanda ictimai-siyasi vəziyyət ən gərgin dövrünü yaşayır. Fakt odur ki, erməni siyasətçiləri artıq bir aydan çoxdur cəmiyyəti Ermənistan hökumətinə qarşı qızışdırır. Paşinyanın devirilmə ehtimalı yüksəkdir. Fikrimcə, Baş nazir Nikol Paşinyanı devirəcəklər. Əsas məqsəd gələcək seçkiləri Paşinyansız keçirməkdir”.

Bu sözləri Reyting.az-a tanınmış hüquqşünas, professor Rüstəm Məmmədov deyib.

Onun fikrincə, Paşinyanın devrilməsi və yeni hakimiyyət Ermənistan üçün yeni siyasi mühitin yaradılması deməkdir: “Əlbəttə, hansı qüvvələrin fors-mojor situasiyada hakimiyyətə gələcəyini demək mümkün deyil. Amma müşahidələrə əsasən deyə bilərəm ki, Ermənistanda yaxşı bir şeylər gözlənilmir”.


R. Məmmədov

N. Paşinyanın devrilməsinin indiki mərhələdə Azərbaycanın maraqlarına uyğun olmadığını deyən professor hesab edir ki, Ermənistanın hazırkı Baş naziri Azərbaycan qarşısında məğlub olan və susan siyasi liderdir: “Yeni hakimiyyətə gələn şəxs zənnimcə, başlayacaq yeni iddialarla çıxış etməyə, bizə qarşı fikirlər səsləndirməyə”.

Mütəxəssisin fikrincə, əslində Rusiya da indi Ermənistanda hakimiyyət dəyişikliyini arzu etmir: “Məncə, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi haqda qərar verməyib. Moskva istəyinə nail olub. Əvvəla, Paşinyanı qorxudub, eyni zamanda İrəvandakı Soros evini dağıdıb. İndisə gələcək Ermənistan hakimiyyəti üçün özünün namizədini axtarır. Belə bir namizəd hələlik yoxdur. Odur ki, prosesləri izləmək bizim üçün vacibdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər