07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Paşinyan istefa verir - Baş nazir postuna gələcək şəxsin adı açıqlanıb
Tarix: 17-12-2020 11:34 | Bölmə: Slayd
Paşinyan istefa verir - Baş nazir postuna gələcək şəxsin adı açıqlanıb

“Ermənistanda anti-Rusiya ehtirasları ilk növbədə hakim elitanın daxilindədir və onlar prosesi sürətləndirir. Ermənistanda müharibədən sonrakı hadisələr şimşək kimi inkişaf edir. Erməni cəmiyyəti bunu milli məğlubiyyət sayır. Erməni hakimiyyətinin, şəxsən Paşinyanın məğlub olması getdikcə daha aydın görünür. Hazırda erməni cəmiyyəti şok vəziyyətdədir. Paşinyanın istefası yaxın günlərdə gözləniləndir və bu da ictimai tələblə yanaşı çoxluğun istəyidir”.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistanda nəşr edilən “Past” qəzeti yazıb.

Əlavə olunur ki, istefasının ictimai tələblə yanaşı çoxluğun iradəsini əks etdirməsinə baxmayaraq Paşinyan istefa tələbini rədd edir. Baş nazir nüfuzunu bərpa etməyə çalışır, lakin bunun ciddi nəticəsi ola bilməz.

Qəzet iddia edir ki, Paşinyanın şəxsiyyətinin siyasi səhnədə mövcudluğu qeyri-mümkün hala gəldikdə və istefa verməsi qaçılmaz olduqda “başqa bir inqilabçının”, Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın Baş nazir vəzifəsinə namizədliyi irəli sürüləcək. Əlavə edilir ki, bu, hazırda Ermənistanda hakimiyyətdə olan qərbpərəstlərin B planıdır.



Əlavə edilir ki, A. Mirzoyan Paşinyan hakimiyyətindəki anti-Rusiya qüvvələrinin təmsilçisi olaraq tanınır.

Başqa bir iddiaya görə, Mirzoyan hakimiyyətdən və müxalifətdən kənarda olan anti-Rusiya qüvvələrindən dəstək almaq məqsədilə görüşlər və məsləhətləşmələrə başlayıb. Məsələn, ötən həftə Mirzoyan parlamentdən kənarda qalan qərbyönümlü və əsasən anti-Rusiya mövqeyində olan liderlərlə bir araya gəlib.

Başqa bir iddiaya görə, Ermənistanda daxili siyasətdə nüfuzun yenidən bölüşdürülməsindən sonra milli dəyərləri rəhbər tutan və Rusiya ilə münasibətləri dərinləşdirməyə çalışan qüvvələrlə liberal dəyərləri rəhbər tutan anti-rus və qərb təbliğatının təsiri altında olan qüvvələr arasında kəskin bölünmə baş verəcək.

Məlumata görə, A. Mirzoyanla görüşdən sonra dekabrın 16-da bəzi anti-rus siyasətçilər Ermənistan İctimai Televiziyasına çıxarılıb. Belə qonaqların çoxu anti-Rusiya mövqeyi ilə tanınmaqla yanaşı, Rusiya hərbi bazasının ölkədən çıxarılmasının tərəfdarlarıdır.

Qəzet ehtimal edir ki, Ermənistanın televiziya kanallarında tezliklə anti-Rusiya kampaniyası başlaya bilər.

Qeyd edək ki, Ermənistanın başqa bir mətbu orqanı - “Hraparak” qəzeti yazıb ki, N. Paşinyan dekabrın 31-də istefasını açıqlaya bilər.
Ermənistanın Nazirlər Kabineti isə Nikol Paşinyanla bağlı iddialara cavabında bildirib ki, Baş nazirin dekabrın 31-də istefa verəcəyinə dair mətbuatda yazılanlar həqiqəti əks etdirmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər