14:17 / 20-06-2025
"Ulduz"lu görüşlər"in növbəti qonağı Mətanət Vahid olub - Fotolar
14:06 / 20-06-2025
Böyük fəlakətin qarşısını almaq üçün cəmi bir neçə il vaxt var - Xəbərdarlıq
13:59 / 20-06-2025
Prezident Çinlə yeni saziş haqqqında Fərman imzalayıb
13:52 / 20-06-2025
İlham Əliyev Çinlə Əməkdaşlıq Planını təsdiqləyib
13:30 / 20-06-2025
Nikol Paşinyan Türkiyədədir - (Yenilənib) - Foto
13:22 / 20-06-2025
“Sabah”da baş məşqçi təyinatı olub
13:18 / 20-06-2025
Yüz minlərlə rus Şengen ölkələrinə gedə bilməyəcək
13:07 / 20-06-2025
Peskov: İsrail Xamnəini öldürərsə...
12:45 / 20-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:43 / 20-06-2025
Dövlət mülkiyyətindəki avtomobillər satışa çıxarılıb
12:30 / 20-06-2025
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
12:06 / 20-06-2025
Naxçıvan Ali Məclisinin buraxılması qaydası müəyyənləşir
11:55 / 20-06-2025
Peyk görüntüləri: İran neft ixracını sürətləndirib - Foto
11:08 / 20-06-2025
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
10:49 / 20-06-2025
Odessaya hücum: yanğınlar və tələfat var
10:48 / 20-06-2025
DİN-nin Hərbi İnstitutunda buraxılış olub - Video
10:40 / 20-06-2025
Tofiq Musayev Bakıdakı UFC turnirində fərqli çəkidə döyüşəcək
10:21 / 20-06-2025
Bağlanmış bankların əmlakları satışa çıxarılıb
09:59 / 20-06-2025
"Bal Badem”in fəaliyyəti dayandırılıb
09:35 / 20-06-2025
Meyxanaçı Mahir Qonşuyev yenə həbs edilib
09:25 / 20-06-2025
Neft Fondunun tenderi ləğv olunub
09:13 / 20-06-2025
Diplomatlar Laçına səfər ediblər
09:12 / 20-06-2025
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
07:39 / 20-06-2025
Bu gün Cenevrədə “dördlər”in görüşü olacaq
07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
07:28 / 20-06-2025
Lemmi: “Diplomatik həll üçün “pəncərə” var”
07:21 / 20-06-2025
Yardım olmasa Ukrayna üçün fəlakət başlayacaq
07:15 / 20-06-2025
Qrossi: “İran atom bombası hazırlamırdı”
00:05 / 20-06-2025
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçiriblər
10:23 / 19-06-2025

11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

11:30 / 18-06-2025

16:03 / 17-06-2025

11:19 / 17-06-2025

Türkiyəni yeni qarşıdurmaya çəkmək istəyirlər - Deputat
Tarix: 17-12-2020 13:14 | Bölmə: Slayd

“Sanksiyalar Türkiyəyə münasibətdə ədalətsiz yanaşmadır. Türkiyə Suriya ilə münaqişədə olan zaman öz sərhədlərini qorumaq üçün NATO-dan kömək istədi. Həmin vaxt Niderlanddan “Patriot” hava hücumundan müdafiə sistemi gətirib quraşdırıldı. Ara sakitləşən kimi həmin sistemləri apardılar. Türkiyə hava hücumundan müdafiə sistemlərinə malik olmadığına və bunu istehsal emədiyinə görə ABŞ-dan “Patriot” sistemi almaq üçün müraciət etdi. ABŞ isə bu sistemi vermədi. Bundan sonra Ankara Moskva ilə danışıqlara başladı. O zaman ABŞ bunu ciddi qəbul etmədi. Demədi ki, ruslardan “S-400” almayın, biz sizə “Patriot” satırıq. Bunu məqsədyönlü şəkildə etdilər. Düşündülər ki, Türkiyə Rusiya ilə “S-400” kompleksi almaq üçün saziş imzalasın, sonra onu bu müqavilədən imtinaya məcbur edək və Türkiyəni sındıraq”.
Bu fikirləri Reyting.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar qəbul etməsini şərh edərkən deyib.

Q. Həsənquliyev
Q. Həsənquliyev əlavə edib ki, Türkiyə Rusiya ilə müqavilə imzaladıqdan sonra Vaşinqton Ankaranın bu müqavilədən imtina etməsini istəyib: “Açıq ifadə edildi ki, Türkiyə ən yeni 5-ci nəsl qırıcıların hazırlanmasında iştirak edir. Onlar Türkiyəyə ən müasir “F-35”lər verməli idi - təxminən 100 ədəd. ABŞ düşündü ki, bu o qədər vacib və müasir silahdır ki, Ankara məcbur olub Rusiya ilə imzaladığı sazişdən imtina edəcək. Beləcə, Türkiyənin imicinə sarsıdıcı zərbə vuracaqlar”.
Deputat bildirib ki, Rəcəb Tayyib Ərdoğanın müstəqil siyasət yürütməsi Fransanı, ABŞ-ı və Almaniyanı qıcıqlandırır: “Onlara güclü və bərabər imkanlara malik Türkiyə lazım deyil. Onlara daha çox əlaltı bir ölkə lazımdır ki, onu idarə etsinlər”.
Q. Həsənquliyev hesab edir ki, bu sanksiyalar xoşagəlməz haldır: “Türkiyə də bundan narazılığını ifadə etdi, amma xüsusi gərginlik keçirmir. Hesab edirlər ki, bu, münasibətlərə ciddi təsir edəcək. Yəqin ki, Türkiyə qarşılıq verəcək.
Ankara bildirdi ki, gəlin bunu danışıqlar yolu ilə həll edək. Amma ABŞ faktiki olaraq özünün hərbi-siyasi müttəfiqi ilə masa arxasında oturmaqdan imtina etdi.
Türkiyə hətta əvvəlcədən “F-35”-dən imtina etdi. Baxmayaraq ki, Türkiyə “F-35” layihəsinə öncədən vəsait yatırıb, orada iştirakçıdır, hətta təyyarələrin hazırlanması üçün müəyyən hissələr Türkiyədə istehsal olunur.
Məncə, bu kimi haqsız addımlar Türkiyəni məcbur edəcək ki, özünün hərbi-sənaye kompleksini daha da inkişaf etdirsin”.
BAXCP sədri qeyd edib ki, Türkiyə hazırda özünün 5-ci nəsil döyüş təyyarələrinin istehsalına başlayıb. Bunlar radarların aşkar edə bilməyəcəyi müasir qırıcılar olacaq: “Bununla yanaşı, qardaş ölkə dron istehsalına görə ABŞ və İsraillə birlikdə ön sıradadır. Bu ölkənin ciddi uğurları var. Türkiyə həm Pakistan, həm də Ukrayna hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edir. Hələ SSRİ dövründən Ukrayna raket istehsalına görə öndə gedən ölkə idi. Türkiyə faktiki olaraq ballistik raketlərin mühərriklərinin istehsalına başlayıb. Kanada Türkiyəyə dron mühərriki verməkdən imtina etdi, amma Türkiyə bunu özü istehsal edir. Eləcədə xüsusi kameraların Türkiyəyə satılmasından imtina edilməsi, qardaş ölkənin özünün belə kameralar istehsal etməsinə səbəb oldu”.
Partiya sədri sonda qeyd edib ki, ABŞ-ın son sanksiyaları Türkiyəni hərbi-sənaye kompleksini irəli aparmağa məcbur edəcək: “Məsələn, Türkiyə suyun altı ilə hərəkət edən müasir raketlər istehsal edir. Elə dronların istifadə etdiyi raket də yerli istehsaldır və lazer sistemlərinə malikdir.
Fikrimcə, yaxın dövrlərdə Türkiyəni Misir və Yunanıstanla hərbi meydana çəkib onun iqtisadiyyatına ziyan vura bilməsələr, Türkiyə belə hərbi qarşıdurmalardan yayına bilsə, 5 ildən sonra biz tam fərqli Türkiyə görəcəyik. Necəki indiki Türkiyə 2015-ci il Türkiyəsindən çox fərqlənir. Qarşıdakı 5 ildə Türkiyə daha böyük uğurlara imza atacaq. Bu mənada hesab edirəm ki, lazım gələn anda Türkiyə hətta 5 addım geri atmalıdır ki, mümkün hərbi qarşıdurmadan yayınsın.
Türkiyəni Rusiya ilə müharibəyə çəkmək üçün çox çalışdılar. Türkiyə daxilində qərbə bağlı qüvvələr fəal oldu, sonra rus təyyarəsini vurdular, daha sonra 2016-cı ildə hərbi çevrilişə cəhd göstərdilər. Hətta Nikol Paşinyanın əli ilə Türkiyəni konfliktə cəlb edib Rusiya ilə üz-üzə qoymaq istədilər. Amma həm Türkiyə, həm də Rusiya nəyin baş verdiyinin fərqində olduğundan bu qarşıdurmadan qaçdılar. Rusiya ilə qarşıdurma alınmadığı üçün indi də Türkiyə-Misir qarşıdurması yaratmaq istəyirlər. Ümid edirəm ki, Ərdoğan Türkiyəni onun üçün hazırlanan “tələlərdən” çıxaracaq və biz fərqli Türkiyə görəcəyik. Prezidentimiz də deyib ki, Türkiyənin gücü bizim gücümüzdür. Bu mənada Türkiyənin güclənməsi ilə Azərbaycan güclənir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:52
İlham Əliyev Çinlə Əməkdaşlıq Planını təsdiqləyib
Bu gün, 13:30
Nikol Paşinyan Türkiyədədir - (Yenilənib) - Foto
Bu gün, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
Bu gün, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
Bu gün, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
Dünən, 13:36
NATO-da böyük dəyişiklik olacaq
Dünən, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq