07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Sülhməramlılar Qarabağda 8 minə yaxın partlayıcı maddə zərərsizləşdirib
Tarix: 18-12-2020 13:13 | Bölmə: Slayd
Sülhməramlılar Qarabağda 8 minə yaxın partlayıcı maddə zərərsizləşdirib

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirilir. Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Xankəndi şəhəri ərazisində bir gündə 21,8 km yol təmizləyiblər. Bu zaman 1334 partlayıcı maddə aşkar edilib.

Ümumilikdə, Dağlıq Qarabağda minaların təmizlənməsi zamanı (23 Noyabr 2020-ci il tarixdən) təxminən 195 hektar ərazi, təqribən 87 km yol və 423 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 7 min 500-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Tapılan partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları lazımi təhlükəsizlik tədbirləri görülməklə yerindəcə zərərsizləşdirilir.




Bölməyə aid digər xəbərlər