07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Ermənistan rəsmisi: “Ərazimizin əsas nəqliyyat arteriyası Azərbaycanın nəzarətinə keçir”
Tarix: 18-12-2020 14:49 | Bölmə: Slayd
Ermənistan rəsmisi: “Ərazimizin əsas nəqliyyat arteriyası Azərbaycanın nəzarətinə keçir”

“Hər gün televiziyalarda Ermənistanın sərhədləri haqda indiyə qədər eşitmədiyimizi eşidirik, amma bu günə qədər bir cavab almamışıq. Sünik dövlət sərhədinin harada olmasını da yaxşı bilirik”.

Reyting.az
xəbər verir ki, bu sözləri Ermənistanın Gorus şəhərinin administrasiya rəhbərinin müavini aysor.am saytına deyib.

Administrasiya nümayəndəsi əlavə edib ki, Ermənistanın səlahyyətli şəxslərinin sərhədlərin delimitasiyası ilə bağlı apardıqları danışıqlar Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında gedir.

“Bununla razılaşmaq istəmirik. Çünki Sünik bölgəsi təhdid olnur və bu proses davam edərsə, biz Süniki itirəcəyik. Bu satış prosesinin iştirakçısı olmaq niyyətində deyilik”, - yerli administrasiya rəhbərinin müavini deyib.

Onun fikrincə, yaranan vəziyyətdən çıxmağın yalnız bir yolu var: “Səlahiyyətli şəxslər vəziyyəti idarə edə bilmədikləri üçün istefa verməlidirlər”.

Gorus administrasiyasının təmsilçisi bildirib ki, burada, Azərbaycanla sərhədin bir neçə metrliyində yerləşən məntəqələr, əhəmiyyətli obyektlər var: “Ermənistanın əsas yolu da bu hissədən keçir. Yəni ölkənin nəqliyyat arteriyası təhlükə altındadır”.

Qeyd edək ki, Azərbaycanın tarixi ərazisi olan Sünik (Zəngəzur) bölgəsində yaşayan ermənilər etiraz əlaməti olaraq bu gün də yolları bağlayıblar. Səbəb odur ki, bu gün saat 17:00-da Ermənistanın Qafan şəhəri ilə Azərbaycanın Zəngilan rayonu arasında olan dövlət sərhədi müəyyən edilməli və erməni tərəfi uzun illər mövcud olmuş sərhədin Azərbaycana tərəf ərazilərini tərk etməlidirlər. Bu isə qanuna uyğun olaraq bir sıra yüksəkliyin Azərbaycanın nəzarətinə qaytarılması deməkdir. Amma bu məsələ bu günə qədər Azərbaycanın işğal olunmuş ərazilərində talançılıqla məşğul olmuş erməniləri qıcıqlandırır.

Onu da qeyd edək ki, bundan sonra Azərbaycan-Ermənistan dövlət sərhədinin bu hissəsinə Ermənistan tərəfindən rus sərhədçilərin yerləşdirilməsi gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər