07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Dağlıq Qarabağda ruslar üçün şəhərcik tikilib - Video
Tarix: 21-12-2020 11:13 | Bölmə: Slayd
Dağlıq Qarabağda ruslar üçün şəhərcik tikilib - Video

Dağlıq Qarabağda 250 nəfərlik rus sülhməramlı kontingentinin hərbi qulluqçularını qəbul edəcək blok-modul şəhərciyinin tikintisi başa çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda şəhəciyin mühəndis avadanlığının istismara verilməsi üçün son işlər başa çatdırılır.

Blok-modul şəhərçiyinə yaşayış zalları, idman zalı, zabit evi, hamam, tibbi yardım məntəqəsi, uniforma təmizlik otağı, istirahət otağı, qərargah, ofis, anbar, yeməkxana, mətbəx, silahsaxlama otağı və digər otaqlar daxildir.

Həmçinin bura elektrik, isitmə, hamam, su təchizatı kimi zəruri komponentlərlə təchiz edilib. Yataq dəstləri, qarderoblar, mətbəx dəsti, stol və stullar, elektrik soba, soyuducu, televizor, paltaryuyan, kondisioner kimi avadanlıqlar da şəhərciyə gətirilib.





Bölməyə aid digər xəbərlər