07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Təbriz şirkətləri Qarabağda çalışmaq istəyir - Foto
Tarix: 21-12-2020 16:54 | Bölmə: Slayd
Təbriz şirkətləri Qarabağda çalışmaq istəyir

“Təbrizin özəl sektoru Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırdır”.

Reyting.az
“IRNA”-ya istinadla xəbər verir ki, bunu Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bildirib.

Onun sözlərinə görə, şirkətlərin bu istəyinin reallaşması üçün İranın diplomatik aparatı hərəkətə keçməlidir.

Jailə bildirib: "Hazırda Təbrizdə inşaat, texniki-mühəndislik və kənd təsərrüfatı daxil olmaqla, müxtəlif sahələrdə çox təcrübəli şirkətlər var. Layihələrin həyata keçirilməsində parlaq bir fəaliyyətimiz mövcuddur. XİN-nin köməyi ilə Qarabağda bərpa işlərinə qatılmaq istəyirik”.

Təbriz Ticarət Palatasının 100 illik tarixinə toxunaraq, o, təşkilatda 5 min Şərqi Azərbaycanlı iş adamının, tacirin, sənaye istehsalçının daimi üzv olduğunu deyib.


Yunis Jailə

Yunis Jailə əlavə edib: "Sözsüz ki, bu şirkətlərin kəmiyyət və keyfiyyət imkanlarını nəzərə alaraq Təbriz Ticarət Palatası üzvləri azad edilmiş əraziləri bərpa etmək üçün Azərbaycan Respublikasında işləməyə hazırdır. Bu şirkətlər Dağlıq Qarabağın yenidən qurulmasında iştirak edərsə, bu cür iş birliyinin iqtisadi faydaları həm İrana, həm də Azərbaycana fayda gətirəcəkdir".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə azad olunmuş əraziləri bərpa etmək üçün qonşu və dost ölkələrin iştirakında maraqlı olduğunu dilə gətirib.




Bölməyə aid digər xəbərlər