07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Deputat: “Ordumuz Ermənistanla sərhədə yerləşdirilməlidir”
Tarix: 22-12-2020 09:53 | Bölmə: Slayd
Deputat: “Ordumuz Ermənistanla sərhədə yerləşdirilməlidir”

“Azərbaycan dövləti böyük bir ərazini Ermənistanın işğalından azad edib. Sözsüz ki, bu ərazilərdə ordumuzu yerləşdirməliyik. Həmçinin sərhədləri yenidən qurmaqla yanaşı, Ermənistanla sərhəd ərazilərimizdə Sərhəd Qoşunlarımız yerləşdirilməlidir. Bütün bunlar isə xərc tələb edir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycanın 2021-ci il üçün Müdafiə və təhlükəsizlik xərclərini artırmasının səbəblərini şərh edərkən deyib.

Deputat bildirib ki, hərbi işləri həyata keçirmək üçün böyük vəsait tələb olunur: “Qış aylarında ordumuzu işğaldan azad olunmuş ərazilərdə çadırlarda saxlayası deyilik. Nəzərə almaq lazımdır ki, biz bu ərazilərə əbədi gəlmişik. Odur ki, ordumuzun yerləşdirilməsi, kazarmaların tikilməsi üçün lazımi işlər görülməlidir. Bu isə əlavə xərc tələb edir. Biz ilk növbədə ordunu tam təmin etməliyik ki, yerli əhali ora arxayın qayıda bilsin”.

Musabəyov hesab etmir ki, indi əsas məqsəd böyük silahlanma prosesinə başlamaqdır: “Bizə ordumuzun Qarabağda tam yerləşdirilməsi məsələsi vacibdir. Amma ordular silahsız olmur. 44 günlük müharibə zamanı da Azərbaycan Ordusu ən müasir silahlar tətbiq edib”.

Reyting.az




Bölməyə aid digər xəbərlər