07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Türkiyə ilə Ermənistan arasında iki sərhəd qapısı açılacaq - Politoloq
Tarix: 23-12-2020 14:54 | Bölmə: Slayd
Türkiyə ilə Ermənistan arasında iki sərhəd qapısı açılacaq

“Türkiyə-Ermənistan sərhədlərinin açılması realdır. Bu, Mehri dəhlizi açıldıqdan sonra reallaşacaq. İlk olaraq Türkiyə-Ermənistan sərhədinin Qars qapısı açılacaq”.

Bu fikirləri Reyting.az-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

Onun fikrincə, proseslər təbii axarına düşdükdən sonra Türkiyə-Ermənistan sərhədində bir deyil, iki sərhəd qapısı açılacaq: “Bunlardan biri Qars qapısıdır. Digər qapı isə İqdır vilayətində Əlibəyköy qapısı adlanır. Hesab edirəm ki, hər iki qapı işə düşəcək”.

Politoloq əlavə edib ki, hətta gələcəkdə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin yaranması da gündəmə gələ bilər: “Söhbət Bakı-İrəvan və Ankara-İrəvan arasındakı diplomatik əlaqələrdən gedir. Ən sadə hesablamalar göstərir ki, əslində belə əlaqələrin qurulması daha çox Ermənistanın xeyrinədir.


Q. Hüseynli

Hazırda İrəvanda Nikol Paşinyana qarşı olan qüvvələr onu satqınlıqda, xəyanətdə ittiham edirlər. Həmçinin Zəngəzur dəhlizinin açılmasını təhlükəli proses kimi qara kütlənin beyninə yeritməyə çalışırlar. Amma sözsüz ki, ermənilər çox hiyləgər toplumdur və belə imkanı əldən buraxmaq istəməzlər. Onlar bunu hesablamağı bacarmasalar, deməli, erməni deyillər. Amma əmin olun ki, hesablayacaq və bu proseslərdə iştirak etmək qərarı verəcəklər”.

Q. Hüseynli xatırladıb ki, Ermənistan işğalçılıq siyasətinin nəticəsində uzun illər regional və qlobal layihələrdən kənarda saxlanılıb: “Bunu Azərbaycan edib. Ancaq indi problem həllini tapır. Yəni Ermənistanla Türkiyə arasında sərhədlərin açılması ilə bağlı maneə də aradan qalxır”.

Politoloq əlavə edib ki, regiondakı bir neçə dövlətin əməkdaşlıq platforması ideyası var. İqtisadi və maliyyə çətinliyi çəkən Ermənistan da bu proseslərə qoşulmaqla durumunu yaxşılaşdıra bilər. Ancaq bir şərtlə ki, revanşist niyyətlərindən əl çəksin və qonşularla normal münasibətlər qursun.

Reyting.az




Bölməyə aid digər xəbərlər