07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Türkiyə hərbçiləri Qarabağa gəlir
Tarix: 26-12-2020 15:40 | Bölmə: Slayd
Türkiyə hərbçiləri Qarabağa gəlir

Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Türkiyə hərbçiləri Ağdamda yerləşəcək mərkəzdə yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.

Məlumata görə, Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir.

Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək.

Mərkəzdəki Türkiyə hərbçilərinin sayının 60 nəfər olacağı bildirilir. İlkin mərhələdə Azərbaycana 25-ə yaxın hərbi qulluqçu gəlib.

Qarşıdakı həftələrdə digər heyətin də Azərbaycana gələcəyi gözlənilir.

Xatırladaq ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair memorandum Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında onlayn formatda keçirilən görüşdən sonra imzalanıb.




Bölməyə aid digər xəbərlər