07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Qarabağda Türkiyə və Rusiya hərbçiləri eyni sayda olmalıdır - ADP sədri
Tarix: 26-12-2020 16:33 | Bölmə: Slayd
Qarabağda Türkiyə və Rusiya hərbçiləri eyni sayda olmalıdır

“Dağlıq Qarabağda rus əsgərinin sayı qədər türk əsgəri olmalıdır. Əgər həmin ərazidə ruslarla eyni sayda türk hərbçiləri birlikdə durmayacaqsa, bu əraziləri itirə bilərik. Söz oyununa da ehtiyac yoxdur. Ruslar Dağlıq Qarabağı işğal etmək üçün oradadırlar və atdıqları bütün addımlar buna xidmət edir. Bu baxımdan həmin əraziyə rus hərbçilərinin sayı qədər türk hərbçiləri gəlməlidir. Üstəlik, ruslar nə qədər orada qalacaqsa, türklər də o qədər qalmalıdır. O cümlədən rus əsgərləri ərazidə harada duracaqsa, türk əsgərləri də orada durmalıdır”.

Bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu gün bir qup türk hərbçisinin Azərbaycana gəlməsini şərh edərkən deyib.

ADP sədrinin sözlərinə görə, özümüzü aldatmağın yeri yoxdur: “Rusiya ora 2-3 min nəfər gətirir, üstəlik, bu sayı artırmaqda davam edir. Biz də, ora 60 türk hərbçisi gətirək ki, müşahidə aparsın? Heç burada müşahidə lazım deyil. Biz görürük ki, erməniləri məskunlaşdırırlar, gücləndirirlər, həmin ərazini hərbi cəhətdən möhkəmləndirirlər. Bunu özümüz də müşahidə edirik. Əslində bizə həmin bölgədə çəkindirici güc lazımdır. Yəni faktiki olaraq Rusiyanın oradakı işğalçı siyasətinin qarşısında duracaq, çəkindirici rol ala biləcək güc lazımdır və bu da Türkiyədir. Türkiyə Qarabağa oradakı rus hərbçilərinin sayı qədər hərbçi gətirməlidir. Necə olur, ruslar həm sülhməramlı, həm də müşahidəçi kimi prosesdə iştirak edir, türklər isə yalnız müşahidəçidir? Hesab edirəm ki, orada rusların sayı qədər türklər olmalıdır. Hələ mən deyərdim ki, hər bir rusa qarşılıq olaraq bir Pakistan əsgəri də gəlməlidir”.


S. Cəlaloğlu

S. Cəlaloğlu xatırladır ki, bir zamanlar ermənilər Dağlıq Qarabağın onlarda qalması şərti ilə ətraf rayonları Azərbaycana qaytarmağa razı olublar: “Sonra arada bir iştahları artdı, dedilər ki, alırıqsa, hamısını alaq. Əslində Madrid prinsiplərinin şərtində indiki vəziyyətin yaranması dayanırdı. Əgər o ərazilərdə Azərbaycan yuridiksiyası işləməsə, deməli, ermənilər öz məqsədlərinə çatmış olurlar. Buna imkan verilməməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər