07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Orta Asiya respublikaları Azərbaycanın probleminə niyə susdu? - Politoloq açıqlayır
Tarix: 26-12-2020 17:29 | Bölmə: Slayd
Orta Asiya respublikaları Azərbaycanın probleminə niyə susdu? - Politoloq açıqlayır

“Onlar Rusiyadan qorxduğu üçün 44 günlük müharibə zamanı Azərbaycana açıq dəstək vermədilər. Onlar müstəqil dövlət kimi fəaliyyət göstərsələr də, xarici siyasətlərini Moskva ilə istiqamətləndirir, bir çox hallarda Moskvadan gələn tapşırıqları həyata keçirirlər. Təbii ki, Rusiyanın həm Xarici işlər, həm də Baş naziri erməni kökənlidir. Onlar da daha çox çalışır ki, Putinin xəbəri oldu-olmadı türkdilli ölkələrə təzyiq göstərsinlər”.

Bu fikirləri Reyting.az-a politoloq Cümşüd Nuriyev Azərbaycanın apardığı 44 günlük müharibə zamanı Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın siyasi dəstək verməməsinin səbəblərindən danışarkən deyib.


C. Nuriyev

Politoloq qeyd edib ki, bu türkdilli ölkələr (Tacikistan istisnadır-red.) hələ də anlamır ki, təklikdə bizi zəiflədə bilərlər, amma birlikdə olsaq buna gücləri çatmaz: “Əslində bu kimi hallar rus imperiyasının ayır-buyur siyasətidir. Həmin ölkələrdə olan şəxslərin çoxu Rusiyaya meylli siyasətçilərdir. Bu mənada onlardan kömək gözləmək sadəlöhvlükdü. Onlar yenə də bizi dəstəkləməyəcək”.

C. Nuriyev əlavə edib ki, Qazaxıstan bir az mövqeyini dəyişmək istəyir, bu da alınsa: “Amma bütövlükdə onlar 10 milyonluq İsrailə baxıb utansınlar, Ukraynaya baxıb xəcalət çəksinlər. Mən hələ demirəm ki, Türkiyəyə, Pakistana, İndoneziyaya və ya Malayziyaya baxsınlar”.

C. Nuriyevin fikrincə, sanki son 200 ildə bizim düşüncə tərzimizi, genimizi dəyişdiriblər: “Biz özümüz haqqında fikirləşmirik. Birinci düşünürük ki, məsələyə bu cür yanaşsaq Rusiya nə deyər. Bu sindromdan xilas olmaq vacibdir. Rusiyanın buna necə reaksiya verəcəyi bizim üçün maraqlı olmamalıdır. Bir milyonluq çeçen Rusiyaya qan uddurdu, amma sonda onların öz içində olanlar Çeçenistanı o vəziyyətə saldılar. Lakin Azərbaycan Çeçenistan deyil. 10 milyon bizik, heç olmasa 30 milyonumuz da cənubdadır. Eləcədə Gürcüstanda, Rusiyada, başqa ölkələrdə kifayət qədər azəbaycanlılar var və bizi dəstəkləyirlər. Heç olmasa, həmin ölkələr bunu nəzərə alsınlar. Təəssüflər olsun”.

Politoloq Türkmənistandan heç nə gözləmir. Çünki həmin ölkə hakimiyyətinin normal fəaliyyəti yoxdur: “İran nə desə, Tacikistan ona üstünlük verəcək. Qırğızıstanda az qala gündə hakimiyyət dəyişir. Özbəkistan və Qazaxıstan qalır. Onlar da, hələ ki, Rusiyanın “kiçik qardaşı” statusundadır. Baxmayaraq ki, Özbəkistanın 32, Qazaxıstanın da 20 milyondan çox əhalisi var. Əslində üst-üstə yığsaq görərik ki, SSRİ tərkibində olmuş türkdilli dövlətlərdə olan türklərin sayı 100 milyona yaxındır. Amma nə faydası”.

Reyting.az




Bölməyə aid digər xəbərlər