07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Xocavənddəki erməni təxribatında iki məqsəd ola bilər - Deputat
Tarix: 28-12-2020 15:14 | Bölmə: Slayd
Xocavənddəki erməni təxribatında iki məqsəd ola bilər

“Düşünmürəm ki, Xocavənd istiqamətində baş verən son təxribat Ermənistan dövləti səviyyəsində həyata keçirilsin. Əslində indi onlar başlarını itiriblər. Qarabağdakı ermənilər arasında və elə Ermənistanın özündə də yiyəsizlik hökm sürür. Bir çox insanlara silahlar paylayıblar və nəzarət edə bilmirlər. O, nəzarəti heç Ermənistanın ərazisində həyata keçirə bilmirlər. Əminəm ki, bu nəzarəti Qarabağ erməniləri də həyata keçirmək iqtidarında deyillər”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycanın Xocavənd rayonu istiqamətində ermənilərin törətdiyi son terror hadisəsindən danışarkən deyib.


R. Musabəyov

Onun sözlərinə görə, bunun düşünülmüş təxribat olması da istisna edilməməlidir: “Ermənilər daima çalışacaqlar ki, belə təxribatlarla Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı nələrəsə vadar etsinlər. Məsələn, ola bilsin, onlar hesab edirlər ki, Qarabağ məsələsi həll olunmayıb və belə terror hadisələrinə görə biz Qarabağdakı “dığalar”la danışıqlara gedək. Amma Azərbaycan bu danışıqları rədd edir. Provakasiyanın mənbəyi bu da ola bilər”.

Musabəyovun qənaətincə, indi həm Ermənistan, həm də Qarabağda qalan ermənilər elə gündədirlər ki, bu, onların ağıllarına da gəlmir: “Orada hər şey dağılıb. Onlar elementar olaraq Xankəndinə qayıdan mülki ermənilərə minimum şərait belə yarada bilmirlər, o ki qaldı Azərbaycanla ədavəti davam etdirmək haqda düşünsünlər. Bir sözlə, istisna etmirəm ki, bu, orada nəzarət olunmayan qrupların təxribatı ola bilər. O cümlədən Azərbaycan Ordusu irəliləyən zaman meşələrdə gizlənən silahlı erməni dəstələrinin də belə təxribata əl atması mümkündür. Amma nəzərə alın ki, mən Bakıda oturub bunu dəqiqliklə deyə bilmərəm. Hesab edirəm ki, bunu daha çox bizim hərbçilərimlə dəqiqləşdirmək olar. Bizim üçün vacib odur ki, həmin qrup zərərləşdirilib və hücum edən şəxslərin hamısı məhv edilib”.

Reyting.az




Bölməyə aid digər xəbərlər