11:04 / 19-06-2025
İrəvanda aksiya: etirazçılar gecəni küçədə keçirib - Video
10:56 / 19-06-2025
Rus ordusu hücum üçün yeni prioritet seçib
10:44 / 19-06-2025
70 kiloqram qızılla tutulan Qəhrəman Məmmədovun həbs müddəti uzadılıb
10:23 / 19-06-2025
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
10:17 / 19-06-2025
Kanada Azərbaycana təşəkkür edib
10:01 / 19-06-2025
Vüqar Bayramov: "...qadınlar, bəzi hallarda isə kişilər 5 il tez pensiyaya çıxacaq"
09:57 / 19-06-2025
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
09:51 / 19-06-2025
Yeni parkda gənc rəssamların sərgisi keçirilib - Fotolar
09:31 / 19-06-2025
Ağdamda 9.4 milyonluq tender ləğv olunub
09:25 / 19-06-2025
Xəzər dənizində zəlzələ olub
09:12 / 19-06-2025
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
08:36 / 19-06-2025
Ramiz Duyğun dünyasını dəyişib
08:02 / 19-06-2025
Müharibə təhlükəsi: Britaniya yüksək hazırlıq vəziyyətindədir
07:56 / 19-06-2025
Xokkaydo sahillərində zəlzələ baş verib
07:52 / 19-06-2025
İsrail İrana xüsusi təyinatlılar yeridəcək?
07:47 / 19-06-2025
Avropa 1,5 milyard avroluq proqram hazırlayıb
07:40 / 19-06-2025
İranla müharibəyə başlamaq ABŞ-ı parçalaya bilər
07:28 / 19-06-2025
Məşhur aktyor Papa XIV Leo ilə görüşüb
07:17 / 19-06-2025
Çin "Arzu qayığı"-nı sınaqdan keçirib - Fotolar
23:54 / 18-06-2025
İsrail İrana "üçüncü zərbə" dalğasına başlayıb
21:33 / 18-06-2025
DİM 1 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edib
21:08 / 18-06-2025
Bu gecə Bakının iki qəsəbəsində işıq olmayacaq
20:55 / 18-06-2025
İsrail İran liderinin bunkeri olan ərazini bombalayıb
19:32 / 18-06-2025
Azər Qasımlının məhkəməsi başlayıb
19:22 / 18-06-2025
Marsda güclü vulkan püskürüb
19:07 / 18-06-2025
Deputatlar daha 21 qanuna dəyişiklik edəcək - Siyahı
18:43 / 18-06-2025
MEDİA: Solovyovdan üzrxahlıq gözləyirik
18:36 / 18-06-2025
Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza aradan qaldırılıb
17:35 / 18-06-2025
Kino şirkətinin direktoru 3 milyon dollar maaş alacaq
17:21 / 18-06-2025
Gələn həftə Məhərrəm ayı başlayır
11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

14:29 / 14-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

11:19 / 17-06-2025

11:30 / 18-06-2025

16:03 / 17-06-2025

Zərifi və XİN-i “Timsah”a yedirtdilər - Təhlil
Tarix: 05-04-2021 14:44 | Bölmə: Slayd

2020-ci ilin noyabrında Bakıda keçirilən paradda Ərdoğanın səsləndirdiyi şeirə sərt təpki verən Cavad Zərif təkcə gülərüzlü deyil, həm tərs üzünü göstərdikdə, mən də daxil olmaqla, bir çox siyasi müşahidəçi İran xarici işlər nazirinin hərəkətini prezidentliyə iddia kimi qavramışdı. Doğrudur, “Entexab” analitik saytı və “Ebtekar” qəzetinə verdiyi geniş müsahibələrdə Cavad Zərif bu barəd düşünmədiyini dilə gətirmişdi. Lakin İran vitse-prezidenti İshaq Cahangirinin qardaşının həbsindən sonra Həsən Ruhani administrasiyasından islahatçı cinahın namizədi olmağa bircə şəxs qalırdı, o da XİN-in hazırkı rəhbəri idi.
Martın 31-də populyar “Clubhouse” virtual platformasında sualları cavablandıran Məhəmməd Cavad Zərif 2021-ci ilin iyun ayında keçiriləcək prezident seçkilərinə qatılmayacağını bir daha bəyan edib.
Son açıqlamaya qədər islahatçıların yenə də hakimiyyətdə qalacağına tük qədər nazik ümidləri olan pərəstikşkarları 8 il ərzində Qərbyönlü siyasətçilərin iflasını öz gözləri ilə görüblər. Hərgah başlanğıcda hər şey düşünüldüyü kimi gedirdi. Xüsusən, bütün dünya 2015-ci ildə İran xarici işlər naziri Cavad Zərif və ABŞ dövlət katibi Con Kerrinin mehribancasına söhbət edə-edə yanaşı addımladığını gördükdə, sanksiyalarla çökmüş ölkənin nəhayət, yüksəlişli gələcəyə yürüyəcəyi təsəvvür olunurdu. Amma bunun əksi oldu və səbəb yalnız Tramp administrasiyasının “maksimum təzyiq” siyasətində axtarılmamalıdır.
Sağdan və soldan hədəf halına gəlmiş Həsən Ruhani administrasiyasında Məhəmməd Cavad Zərif bir neçə dəfə ən zəif bənd halına gəlib. 2019-cu ilin fevralında Suriya prezidenti Bəşər Əsəd gözlənilmədən Tehrana təşrif gətirdikdə, XİN rəhbəri danışıqlara buraxılmayıb.
Hiddətlənmiş Zərif dərhal istefa verdiyini açıqlayıb. Əsədlə görüşə buraxılmama həm “dərin dövlət”in etibarsızlığı, həm də İran prezidenti ilə fikir ayrılığı kimi yozulub. Amma qırılma anı baş verməyib, tezliklə hətta “Qüds” Qüvvələrinin komandanı Qasim Süleymani Cavad Zərifə dəstək verib və XİN rəhbəri istefa fikrindən daşınıb.
Bu qalmaql yatdıqdan sonra da naziri rahat buraxmayıblar. Ruhani administrasiyasının digər üzvləri kimi, haqqında deyilməyən söz, üzünə atılmayan çamur qalmayıb. “Onlar deyirlər ki, Zərif casusdur və casus məktəbində təhsil alıb. Deyirlər ki, Qumda Məscidi-Əzəmi və Hamburq məscidini öz hesabına inşa edən babam bəhailərin və bu günlərdə yazdıqları kimi, qlobalistlərin casusu idi. Atama gəldikdə, onun SAVAK-çı olduğunu iddia və bunu isbatlamaq üçün saxta addan istifadə edirlər. Seçkilərdə iştirak edə biləcəyimdən narahat olduqları bu həftə ərzində babamın fotoşəkili “Twitter”-də gen-bol paylaşılır”, - deyə ötən il İran XİN rəhbəri jurnalistlərə şikayətlənmişdi.
Cinlə imzalanmış 25 illik strateji əməkdaşlıq və İrana 400 milyard dollarlıq investisiya yatırımını nəzərdə tutan sazişdən sonra xarici işlər naziri Cavad Zərifin casus kimi damğalanmasında yeni səhifə açılıb. “Clubhouse” virtual platformasında suallara cavab verərkən, Zərif dövlət televiziyasının 3-cü kanalında göstərilən “Qando” serialının 2-ci mövsümündə hədəfə çevrilməsindən şikayətlənib.
Serialın adı İranın cənub-şərqindəki faunadan götürülüb: “Qando” bəluc dilində “bataqlıq timsahı” deməkdir.
“Qando” – bataqlıqlarda gizlənərək qurbanlarına gözlənilmədən hücum edən timsah kimi, serialın prodüserləri də Zərifin rəhbərlik etdiyi XİN-də casusların gizləndiyini iddia edirlər.
Çəkilişini İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) maliyyələşdirdiyi casus kino-şousunun ilk mövsümü 2019-cu ildə yayımlanıb və hələ o vaxtdan Həsən Ruhani administrasiyasında Zərif və digərlərinin qəzəbini doğurub.
İlk mövsümün casus ulduzu Mişel Haşemian idi, prototip isə 2014-cü ildə arvadı və jurnalist həmkarı Yeganə Salehi ilə birlikdə həbs olunan “The Washington Post” qəzetinin Tehran bürosunun rəhbəri Ceyson Rezaian. Arəş Qaderinin ssenari müəllifi olduğu “Qando”nun ilk mövsümü zamanı belə Zərif Ayətullah Xamnəiyə şikayət məktubu yazıb. Mahmud Vaezi serial yaradıcılarını məhkəməyə verəcəyi ilə hədələyib. Lakin bu, “Qando” prodüserlərini ikinci hissənin çəkilişindən çəkindirməyib.
Cavad Zərif “Bu serialda hər şey başdan-sonadək yalan üzərində qurulub”, - desə də, filmmeykerlər hər şeyin "həqiqət" olduğunu və "müvafiq qurumlarda təsdiqləndiyini" bildiriblər.
Yeni mövsümdə, əsasən, İngiltərə kəşfiyyatının, MI6-nın Ruhani administrasiyasına sızdığı iddia edilir. “Qando 2”nin casus ulduzunun prototipi oğurlandıqdan sonra edam edilən bloqer-jurnalist Ruhulla Zəmdir. Serialdakı Sabunçu soyadlı diplomat isə Abbas Əraqçi və İranın BMT-dəki səfiri Məcid Təxt-Rəvançiyə eyhamdır.
Keçən həftə “Qando 2”-nin beşinci bölümü 45 dəqiqəlik gecikmə ilə göstərilib və İİKK-yə yaxın saytlar senzurasız versiyasını yaydıqda şübhələr təsdiqlənib. Həmin bölümdə Cavad Zərifin rəhbərlik etdiyi “danışıqçı qrupunun arasında casusun olduğu” iddia olunub. “Mashreghnews”-un yazdığına görə, Ruhani administrasiyası beşinci bölümdə səslənən həmin cümləni “qayçıladıb”.
Ertəsi gün altıncı bölümdə 2015-ci ilin nüvə sazişinin müəlliflərinə qarşı ən sərt replikalar səslənib. Altıncı bölüm yayımlandıqdan sonra Zərif “Instagram”-da Hafizin bir şeirini paylaşıb, səssiz qalacağını və yalnız Allaha şikayət edəcəyini bildirib.
Xaliqin dərgahından başqa əli heç yerə çatmayan Cavad Zərifin XİN-nində isə serial yaradıcıları yeni MI6 casusu “tapıb” - Məhəmməd Əli Musapur. O, 2015-ci ildə danışıqlarda İran komandasına məsləhət vermiş Məhəmməd Əli Şabaninin “kölgəsi”dir.
İİKK-yə yaxın informasiya resurslarında, o cümlədən dövlət televiziyasının saytında Şabaninin bioqrafiyası açıqlanıb: o, İsveçrədə anadan olub, 2005-ci ildə İngiltərəyə köçüb, bakalavar dərəcəsi alıb, daha sonra Ruhaninin idarə etdiyi bir dövlət düşüncə mərkəzində işləmək üçün Tehrana gəlib. Şabani 2007-ci ildə ABŞ-ın İran-Amerika Milli Şurasında (NIAC) təcrübə keçib və İran əsilli yəhudi analitiki Meir Cavedanfərlə İsraildə görüşüb.
“Clubhouse”-da Zərif Şabanini müdafiə edərək bildirib: “Onlar Şabaninin casus olduğunu söyləməklə yalan danışırlar, ölkəsinə xidmət etmiş şəxsi nahaqdan ittiham edirlər”. Lakin bu, İİKK trollarının sosial mediada Zərifə və XİN-ə hücumlarını dayandırmayıb.
Bu qədər şifahi daşqalaq olunan bir şəxsin, təcrübəli diplomat və siyasətçi olsa da, seçkiyə qatılması, təbii ki, ağla batmır. Həm də “dərin dövlət”in təşviqi ilə bu gün-sabah müttəhimlər kürsüsündə oturmaq aqibəti gözlənildiyi halda.
Əziz RZAZADƏ
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
Dünən, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Dünən, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Dünən, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Dünən, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Dünən, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir