16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Peyklər Putinin məxfi strategiyasını ələ keçirib - Fotolar
Tarix: 06-04-2021 12:52 | Bölmə: Slayd
Peyklər Putinin məxfi strategiyasını ələ keçirib

Rusiyanın Arktika qitəsində atdığı hərbi addımlar peyklər tərəfindən tutulub. Çəkilən görüntülər rəsmi Moskvanın bu bölgədə hərbi varlığını artımaq niyyətini ortaya çıxarıb.

Reyting.az
xəbər verir ki, Rusiya dövlət başçısı Vladimir Putin üçün önəmli məsələlərdən biri də Artika bölgəsidir.

Başa vurduğumuz həftələrdə bölgədə hərbi təlimlərə başlayan Rusiya üç sualtı nüvə qayığı ilə güc nümayiş etdirib.

Qeyd edək ki, ortaya çıxan peyk görüntülərində Rusiyanın illərdir münaqişə mərkəzi olan Arktikada hərbi varlığını artırdığı ortaya çıxıb. Sözügedən görüntülər sayəsində Rusiyanın bölgədəki obyektlərinə yenilərinin əlavə olunduğu müəyyən edilib.



İngiltərənin “Daily Mail” qəzetinin məlumatına görə, Moskva bölgədəki hərbi obyektlərinə əlavə nəzarət avadanlıqları və hava müdafiə sistemləri yerləşdirib.

Uzun illər heç kimin marağına səbəb olmayan Şimal Qütbü çevrəsində buzlar iqlim dəyişikliyi səbəbindən əriməyə başladıqca okeanla qonşu beş olkə - ABŞ, Danimarka, Kanada və Norveç Rusiyanın radalarının hədəfinə tuş gəlir.

Bu beş ölkənin son illər dənizdəki enerji qaynaqlarının izinə düşməsi müşahidə edilir. Bölgə ilə bağlı ümumi razılaşmanın olmaması isə zaman-zaman bu tip güc və imkanların nümayişinə səbəb olur.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}