16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İki nəhənglə gərginlik… - ABŞ İran siyasətini dəyişmək məcburiyyətində qalıb
Tarix: 08-04-2021 10:05 | Bölmə: Slayd
İki nəhənglə gərginlik… - ABŞ İran  siyasətini dəyişmək məcburiyyətində qalıb

“ABŞ-dakı yeni administrasiya Barak Obama hakimiyyətinin davamıdır. Obama hökumətində təmsil olunan xeyli sayda şəxs Bayden komandasında yer alıb. Bunların da əksəriyyəti vaxtı ilə İran siyasətində rol almış mütəxəssislərdir. ABŞ və İran arasında maksimal yumşalma da Obama hakimiyyəti zamanı baş verib. Donald Tramp hakimiyyəti dövründə münasibətlər gərginləşib və Vaşinqton birtərəfli qaydada 5+1 formatından çıxıb. Yəni İranla nüvə razılaşması pozulub və Tehrana qarşı sanksiyalar tətbiq edilib. Amma son dövrlər Vaşinqton tərəfindən verilən mesajlar göstərir ki, Bayden administrasiyası İranla münasibətlərin yumşalmasına maraq göstərir və Avropadak müttəfiqlərinin rəylərini də nəzərə almağa çalışır. Vyanadakı danışıqlar da göstərir ki, ABŞ-İran münasibətlərində gərginlik yüksək xətt üzrə inkişaf etməyəcək”.

Bu sözləri Reyting.az-a politoloq Oqtay Qasımov ötən gün Vyanada İranla imzalanan nüvə sazişinin tərəfləri olan ölkələr arasında başlanan müzakirələri şərh edərkən deyib.


O. Qasımov

Siyasi şərhçi qeyd edib ki, indi həm İranın, həm də ABŞ-ın müqaviləyə qayıtmaq üçün öz şərtləri var: “Mən düşünürəm ki, bu məsələ hansısa formada öz əksini tapmalıdır. Çünki Bayden hakimiyyətinin qarşısında daha böyük hədəflər var. Bu, həm Çinlə olan münasibətlər, həm də Rusiya məsələsidir. Odur ki, Vaşinqton İranla bağlı siyasətini müəyyən mənada yumşaltmaq xəttinə üstünlük verəcək”.

O. Qasımovun fikrincə, Çin və Rusiya ilə bağlı siyasəti ABŞ-a diktə edir ki, İranla bağlı siyasətini yumşaltsın və gərgin xətt seçməsin: “ABŞ-ın hazırda ən böyük rəqibi Çindir. Həm iqtisadi, həm də təsirlərinə görə. Rusiya məsələsindən əlavə olaraq Vaşinqton son dövrlər Tehran və Pekin arasında münasibətlərin sürətli inkişafını diqqətdə saxlayır. Xüsusilə, Çin tərəfindən İrana 400 milyard dollarlıq investisiya proqramı və kreditlərlə bağlı razılaşmalar əldə edilib. Görünən budur ki, belə bir yaxınlaşma ABŞ siyasətinə təsir göstərir. Vaşinqton istəmir ki, İran onun qarşısında olan Çinlə yaxın və əhatəli münasibətlərdə olsun. Görünür, Rusiya ilə yanaşı Çinlə İranın münasibətləri bu məsələdə rol oynayacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}