14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətindən narazılıqlar artır
Tarix: 11-04-2021 11:47 | Bölmə: Slayd
Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətindən narazılıqlar artır

“Ermənistan XX əsrin 90-cı illərində Azərbaycan ərazilərini Rusiyanın hərtərəfli dəstəyi ilə işğal edib, 30 ilə yaxın məhz Rusiyanın dəstəyi ilə işğal altında saxlayırdı. Vətən müharibəsinin gedişində əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, torpaqlarımızı işğaldan azad etmək əzmi sübuta yetirdi ki, işğaldakı ərazilərimizin yağı düşməndən təmamilə azad edilməsi an məsələsidir. Ancaq Rusiya əvvəl helikopter qəzası (təxribatı) törətməklə, indi isə aydın olur ki, həm də Şuşaya “İsgəndər” raketi, Xırdalana ballistik raketlər atmaqla “sülhməramlı” adı altında ərazilərimizə soxularaq buna mane olub”.

Bu sözləri Reyting.az-a açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində Qarabağdakı rus sülhməramlılarının fəaliyyəti göstərir ki, Rusiya soxulduğu Azərbaycan ərazilərini de-fakto özününkü sayır və burada istədiyi kimi hərəkət edir.

Partiya sədri bildirib ki, 10 Noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişin ziddinə olaraq Rusiya işğal etdiyi Azərbaycan ərazilərindən erməni silahlı birləşmələrini nəinki çıxarmaq niyyətində deyil, əslində onların (eləcə də, Ermənistanın) yenidən toparlanmasına, müasir silahlarla təchiz olunmasına səy göstərir: “Bütün bunların Azərbaycanın əleyhinə yönəldiyi şübhəsizdir. Təbii, Rusiyanın Ermənistana silah satması iki ölkənin daxili işidir. Ancaq “İsgəndər-M” təxribatı göstərdi ki, Ermənistana satılan silahların Rusiyanın müdafiə etdiyi Dağlıq Qarabağdakı separatçıların əlinə keçəcəyi və yenə də Azərbaycana qarşı istifadə ediləcəyi istisna olunmur. Bunun qarşısını almaq üçün Azərbaycan 10 Noyabr 2020-ci ildə Rusiya və Ermənistanla imzaladığı üçtərəfli sazişin müddəalarından kənara çıxan “sülhməramlıların” hərəkətlərinə qəti etirazını bildirməlidir. Azərbaycanın süveren hüquqlarına toxunan hərəkətlərinə son qoyulmasını Rusiyadan qəti şəkildə tələb etməli, əks təqdirdə bu sazişdən çıxacağını rəsmən bəyan etməlidir”.

Onu da qeyd edək ki, son zamanlar Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyətindən narazılıqlar artır. Azərbaycanda bu narazılıqların artmasına səbəb Qarabağdakı separatçı-cinayətkar rejimin nəzarətindəki silahlı birləşmələrin hələ də ləğv edilməməsi, üçtərəfli sazişin tələblərinə uyğun olmayan sayda rus hərbçilərin Azərbaycan ərazisinə gətirilməsi, daha çox kontingent üçün hərbi şəhərciklərin salınması və digər özbaşınalıqlardır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}