17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanda yüksək rütbəlilərin həbsi davam edəcək - Politoloq
Tarix: 12-04-2021 15:55 | Bölmə: Slayd
Azərbaycanda yüksək rütbəlilərin həbsi davam edəcək

“Yeni həbs edilən generallarla bağlı vaxtında belə bir qərar vermək lazım idi. Peşəkarlarla söhbət etdikdə, bu həbsləri haqlı saydıqlarını deyirlər. Yəni həbs edilən generallar haqqında müsbət fikir söyləmirlər. Amma bu tip adamlar vəzifədə olanda dövlətə daha çox ziyan vururlar. Bu həbslər nə qədər tez olsa, bir o qədər yaxşıdır.

Mən həbslərin davam edəcəyini gözləyirəm. Çünki toxunulmaz təbəqənin törətdiyi cinayətlər bu günə qədər görünmürdü. Amma indi tədricən gün işığına çıxır. Həbslər davam etsə, daha yaxşı olar. Başqaları da görər ki, general olmaq toxunulmazlıq demək deyil”.


Bu fikirləri Reyting.az-a sabiq nazir müavini, politoloq Cümşüd Nuriyev ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Mövlan Şıxalıyev və Nizami Şirinovun həbsindən danışarkən söyləyib.

C. Nuriyev əlavə edib ki, hazırda ölkəmizdə daha çox “Beşinci kolon”un təmsilçiləri fəaldır. Onun sözlərinə görə, bunlar həm iqtidar, həm də müxalifət daxilində çoxluq təşkil edirlər: “Həmin şəxslər həm maliyyələşdirirlər, həm ara qızışdırırlar. Üstəlik, iqtidara mesaj verirlər ki, “biz olmasaq” vəziyyət daha pis olar. Bu millətin və dövlətin hesabına var-dövlət, vəzifə sahibi olanlar sanki bu millətə qənim kəsiliblər. Ən pisi budur və belələri də çoxdur”.

Sabiq nazir müavini əlavə edib ki, hələ bəzi məsələlərin açılmasına ehtiyac duyulmur: “Amma görünən odur ki, bunların etdikləri heç bir çərçivəyə sığmır. Ona görə də həbs edirlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}