16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
YAP-a birləşmək istəyən partiyanı gözlədirlər - Foto
Tarix: 12-04-2021 16:35 | Bölmə: Slayd
YAP-a birləşmək istəyən partiyanı gözlədirlər

“Yeni Azərbaycan Partiyasının qurultayında birləşmək məsələsi ictimailəşdirildi. Ondan sonra xüsusi bir yenilik yoxdur. Biz onsuz YAP-la birik. Azərbaycanda iki-üç nəfəri çıxmaq şərti ilə bütün partiyalar eyni mövqeyi bölüşürlər”.

Bu sözləri hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşəcəyini elan edən Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu Reyting.az-a deyib.

Partiya sədri əlavə edib ki, hakim partiyaya birləşmək dedik də, onsuz da bir yerdədirlər: “Başqa necə olmalıdır? Onsuz da, mən hamının bir yerdə olmasının tərəfdarı kimi çıxış etmişəm. Qurultay zamanı da YAP bu məsələni ictimailəşdirdi. Olsun, bunun bir ziyanı yoxdur. Həm də birləşmək hər hansı bir işə mane olan deyil”.


R. Turabxanoğlu

Partiya sədri bildirib ki, YAP-a birləşməklə bağlı hələlik hüquqi prosedurlar işə salınmayıb: “Əsas odur ki, sözləşirsən, bir yerdə fəaliyyət göstərirsən. Onsuz da mən heç kimi tənqid edən deyiləm. Əsas odur ki, birgə çıxış edəsən. İndinin reallıqları belədir ki, hamı eyni fikri deyir. Əlbəttə, kimlərsə ağlına gələni danışır, fərqli görünmək istəyir. Amma yerdə qalan siyasi partiyaların ümumi istiqamətlər üzrə fikirləri üst-üstə düşür. Bu da müsbət haldır”.

R. Turabxanoğlunun dediklərindən belə məlum olur ki, hakim partiyanın sonuncu qurultayından sonra YAP-la əlaqə saxlanılmayıb: “Qurultayda iştirak etdim, bundan sonra əlaqə saxlanılmayıb. Ancaq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin nümayəndələri ilə iki dəfə danışmışıq. Onlar bildirdilər ki, çalışırlar keyfiyyətli iş alınsın. Mən də dedim ki, yaxşı və güclü dövlətimizin olmasında maraqlıyam və məndən nə asılıdırsa, hazıram. Bunu hər zaman demişəm.

Hazırda partiyamız fəaliyyətini davam etdirir. Hamı necə, bizdə elə”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}