16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Fazil Mustafa: “Rusiyanın Türkiyəyə xəbərdarlığı məntiqsizdir”
Tarix: 13-04-2021 15:09 | Bölmə: Slayd
Fazil Mustafa: “Rusiyanın Türkiyəyə xəbərdarlığı məntiqsizdir”

“Hansısa ölkənin başqa bir ölkəyə silah satması normal qəbul edilməlidir. Dövlət pulunu verib, başqa bir dövlətdən silahını alır. Rusiya da əgər arzu edirsə, Türkiyə ilə danışıqlar apara, pulunu ödəyib Pilotsuz Uçuş Aparatları ala bilər”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı Fazil Mustafa Rusiya Xarici işlər naziri Sergey Lavrovun Qahirədə Türkiyə və bəzi ölkələri Ukraynaya PUA və silah satmasına dair xəbərdarlığını şərh edərkən bildirib.

Deputat deyib ki, belə xəbərdarlıq hüquqla bir araya gəlmir. Onun sözlərinə görə, sabah hamı Rusiyaya xəbərdarlıq edər ki, filan ölkəyə niyə silah satırsan: “Məncə, bu, olduqca absurd bir yanaşmadır. Üstəlik, beynəlxalq konvensiyaya əsasən, hər hansı bir ölkə müqavilə əsasında silah satırsa, buna heç kim qarışa bilməz. Məntiqlə Türkiyə də Rusiyaya xəbərdarlıq edə bilər ki, niyə “İsgəndər” raket kompleksini Ermənistana satırsan. Odur ki, bu, məzmunu olmayan, məntiqsiz bir açıqlamadır. Sadəcə, siyasi piar kimi açıqlayıblar. Amma hüquqa zidd olmadığından Türkiyə silah sata bilər”.

F. Mustafa Ukrayna mövzusunda danışarkən deyib ki, orada son durumu böyük güclər müəyyən edəcək:

“Ukraynanın poblemi Ukrayna masştabında həllini tapacaq məsələ deyil. Burada NATO var, prosesin içindədir. Mən böyük miqyaslı müharibə gözləmirəm, amma hər halda vəziyyətin gərginləşməsi arzuedilən deyil. Ölkədə müharibə riskinin olması xoşagələn durum sayılmamalıdır. Ümid edirəm ki, tərəflər müharibədən çəkinəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}