16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Professor: “…Rusiya nüvə arsenalına da nəzarəti itirə bilər”
Tarix: 13-04-2021 16:43 | Bölmə: Slayd
Professor: “…Rusiya nüvə arsenalına da nəzarəti itirə bilər”

“Azərbaycanın Şuşa şəhərinə atılan “İsgəndər” raketi ilə bağlı məsələ həm də böyük qalmaqaldır. Hazırda tərəflər arasında müzakirə gedir, lakin konkret nəyin müzakirə edildiyini biz bilmirik. Mənim ehtimalıma görə, Azərbaycan bu məsələnin qabardılmasında maraqlıdır. Qərbin də bu prosesə qoşulması və Rusiyaya qarşı müəyyən tələblər irəli sürməsi münasib olardı”.

Bu fikirləri Reyting.az-a professor Əli Abbasov Şuşaya atılan “İsgəndər M” raketi haqqında danışarkən deyib.

Artıq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun da bu məsələyə reaksiya verdiyinə diqqət çəkən Əli Abbasov məsələni ciddi ciddi sayır: “Əgər dünən “İsgəndər” raketi ermənilərin əlinə düşübsə, deməli, sabah Rusiya nüvə arsenalına da nəzarəti itirə bilər. Yəni sabah haradansa nüvə silahı da çıxa bilər. Bizimkilər “İsgəndər” raketi ilə bağlı məsələni qaldırmaqla doğru addım atırlar”.

Ə. Abbasov hesab edir ki, Azərbaycan bu məqamdan həm də Qarabağdakı sülhməramlıların öz fəaliyyətindən kənara çıxmaması, Ermənistan ordusunun ərazilərimizdən çıxarılması üçün istifadə etməlidir: “Laçın dəhlizi hələ də bizim nəzarətimizdə deyil. Biz bilmirik ki, dəhliz vasitəsilə nələr aparıb-gətirirlər. Məntiqlə yenə “İsgəndər” raketləri gətirə bilərlər. Odur ki, bu məsələ ciddidir”.

Ə. Abbasov ehtimal edir ki, Azərbaycan tərəfi “İsgəndər” raketinin Şuşaya atılması ilə bağlı konkret cavab istəyir: “Sual belədir ki, bu silah Cənubi Qafqaza necə gedib çıxıb və Şuşaya necə atılıb? Buna cavab istənilir. Əslində, bu, maraqlı məsələdir.

Bir versiya da belədir ki, raketi ermənilər alıb gətiriblər. Yəni ermənilərə veriblər. Bu halda da sual çıxır ki, niyə veriblər? Bu məsələdən Azərbaycan tərəfi möhkəm tutub və haqlı olaraq sona qədər gedir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}