16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya separatçı bölgələrdə özünü daha aqressiv aparacaq
Tarix: 15-04-2021 14:33 | Bölmə: Slayd
Rusiya separatçı bölgələrdə özünü daha aqressiv aparacaq

“Rusiya Ukrayna məsələsində qalib gəlsə, daha da aqressivləşəcək. Sadəcə, bəzi dövlətlər, xüsusilə post-sovet məkanında Rusiya ilə problemi olan ölkələr maraqlıdırlar ki, ABŞ və Qərbin tətbiq etdiyi sanksiya nəticəsində Moskvanın vəziyyəti gərginləşsin, zəifləsin və keçmiş sovet ölkələrinə təzyiqləri azalsın. Ancaq sözsüz ki, Qərb və Rusiya qarşıdurması davam edəcək”.

Ukraynada ABŞ və Rusiya qarşıdurmasını Reyting.az-a şərh edən siyasi analitik Oqtay Qasımov deyir ki, indiki mərhələdə Rusiya qalib kimi görünür.


O. Qasımov

O. Qasımovun sözlərinə görə, indiki mərhələdə Rusiya müəyyən dvident götürüb. Bu səbəbdən Rusiya daha sərbəst olacaq və separatçı bölgələrdə özünü daha aqressiv aparacaq: “Əlbəttə, Azərbaycan da bunları nəzərə almalıdır. Bizim marağımızda olan məsələ Türkiyə-Rusiya münasibətlərinin normal halda qalması idi. Türkiyə də Ukrayna məsələsinə dair mövqeyini prezident Ərdoğanın timsalında ortaya qoydu. Elan olundu ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir, işğal faktını qəbul etmir və Ukrayna ilə münasibətlərin inkişafında maraqlıdır. Xüsusilə qeyd etdi ki, bu münasibətlər üçüncü ölkəyə qarşı yönəlməyib”.

Siyasi analitik əlavə edib ki, indiki halda Rusiya özünü daha rahat hiss etsə də, mübarizə dayanmayacaq: “Ukraynada problem qalır. Orada işğal faktı ortadan qalxmayınca, Qərb və Rusiya arasında mübarizə davam edəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}