11:04 / 19-06-2025
İrəvanda aksiya: etirazçılar gecəni küçədə keçirib - Video
10:56 / 19-06-2025
Rus ordusu hücum üçün yeni prioritet seçib
10:44 / 19-06-2025
70 kiloqram qızılla tutulan Qəhrəman Məmmədovun həbs müddəti uzadılıb
10:23 / 19-06-2025
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
10:17 / 19-06-2025
Kanada Azərbaycana təşəkkür edib
10:01 / 19-06-2025
Vüqar Bayramov: "...qadınlar, bəzi hallarda isə kişilər 5 il tez pensiyaya çıxacaq"
09:57 / 19-06-2025
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
09:51 / 19-06-2025
Yeni parkda gənc rəssamların sərgisi keçirilib - Fotolar
09:31 / 19-06-2025
Ağdamda 9.4 milyonluq tender ləğv olunub
09:25 / 19-06-2025
Xəzər dənizində zəlzələ olub
09:12 / 19-06-2025
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
08:36 / 19-06-2025
Ramiz Duyğun dünyasını dəyişib
08:02 / 19-06-2025
Müharibə təhlükəsi: Britaniya yüksək hazırlıq vəziyyətindədir
07:56 / 19-06-2025
Xokkaydo sahillərində zəlzələ baş verib
07:52 / 19-06-2025
İsrail İrana xüsusi təyinatlılar yeridəcək?
07:47 / 19-06-2025
Avropa 1,5 milyard avroluq proqram hazırlayıb
07:40 / 19-06-2025
İranla müharibəyə başlamaq ABŞ-ı parçalaya bilər
07:28 / 19-06-2025
Məşhur aktyor Papa XIV Leo ilə görüşüb
07:17 / 19-06-2025
Çin "Arzu qayığı"-nı sınaqdan keçirib - Fotolar
23:54 / 18-06-2025
İsrail İrana "üçüncü zərbə" dalğasına başlayıb
21:33 / 18-06-2025
DİM 1 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edib
21:08 / 18-06-2025
Bu gecə Bakının iki qəsəbəsində işıq olmayacaq
20:55 / 18-06-2025
İsrail İran liderinin bunkeri olan ərazini bombalayıb
19:32 / 18-06-2025
Azər Qasımlının məhkəməsi başlayıb
19:22 / 18-06-2025
Marsda güclü vulkan püskürüb
19:07 / 18-06-2025
Deputatlar daha 21 qanuna dəyişiklik edəcək - Siyahı
18:43 / 18-06-2025
MEDİA: Solovyovdan üzrxahlıq gözləyirik
18:36 / 18-06-2025
Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza aradan qaldırılıb
17:35 / 18-06-2025
Kino şirkətinin direktoru 3 milyon dollar maaş alacaq
17:21 / 18-06-2025
Gələn həftə Məhərrəm ayı başlayır
11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

14:29 / 14-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

11:19 / 17-06-2025

11:30 / 18-06-2025

16:03 / 17-06-2025

Deputat: “Rusiya Qarabağda özünü işğalçı kimi aparacaqsa, itirən daha çox özü olacaq”
Tarix: 24-04-2021 11:12 | Bölmə: Slayd

44 günlük Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərinə ballistik raketlərlə zərbə endirməsi nəticəsində onlarla günahsız insan həyatını itirdi və yaralandı. Hadisədən dərhal sonra Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Arayik Arutyunyan bəyan etdi ki, raketlərin atılması əmrini o verib. Görəsən, hərbi cani kimi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin indi Moskvaya dəvət olunması hansı zərurətdən yaranıb? Bu və digər suallara Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə müsahibəsində cavab verib.
Reyting.az Q. Həsənquliyevin müsahibəsini təqdim edir:
- İnanmıram ki, Arayikin sərəncamında ballistik raket olub. Çox böyük ehtimalla o, başqalarının hərbi cinayətini öz üzərinə götürüb və həmin adamlar da indi onun Moskvaya səfərini təşkil edirlər. Təşkilatçılar, çox böyük ehtimalla, müharibə zamanı Rusiyanı müharibəyə qatmaq istəyən bəlli dairələrdi.
Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bir tərəfdən Moskvanı barış istəyən qüvvə kimi göstərmək üçün tərəfləri sərt ritorikadan çəkinməyə çağırır, o biri tərəfdən də Arayik Moskvaya çağrılır. Bundan sonra kim onların səmimiyyətinə inanar?
Rusiyada ümumdünya ermənilərinin təsiri altında olan və ölkənin siyasətinin müəyyənləşəsində iştirak edən müəyyən dairələr Rusiyanın beynəlxalq imicini daha da korlamaq və onun Azərbaycanla münasibətlərini gərginləşdirmək üçün əllərindən gələni edirlər. Bu, Rusiyanın dünyadan təcrid olunması siyasətinin davamına oxşayır. Çünki çox gözəl başa düşürlər ki, Azərbaycanla münasibətlərin gərginləşməsi Türkiyə ilə də münasibətlərə ciddi şəkildə mənfi təsir göstərəcək. Bununla həm də keçmiş sovet respublikalarının inteqrasiya siyasətinə zərbə vururlar. Sübut etməyə çalışırlar ki, kimsə özünü aldatmasın, siz bizə dost kimi baxa bilərsiniz, amma biz ruslar sizi və Sovet İttifaqında yaşamış digər xalqları öz təbələrimiz hesab edirik və sizinlə istədiyimiz kimi davrana bilərik. Onlar bütün imkanları ilə Rusiya sülhməramlılarını işğalçı ordu kimi təqdim etməyə, Azərbaycanı bununla aşağılamağa və barışdırmağa çalışırlar.
- Azərbaycan bu vəziyyətlə barışa bilərmi?
- Bəzi məsələlərə aydınlıq gələnə qədər təmkin nümayiş etdirə bilərik, amma bu, həmişəlik olmayacaq. Rusiya Qarabağda özünü işğalçı dövlət kimi aparacaqsa, itirən daha çox Rusiya olacaq. Kiçik bir əraziyə görə Rusiyanın Azərbaycanı itirəcəyinə inanmaq istəmirəm.
Zamanında erməniləri inandıra bilmədik ki, onların destruktiv mövqeyi yeni müharibəyə səbəb ola bilər. Onlar bizim dediklərimizi daxili auditoriyaya hesablanmış çıxışlar hesab edirdilər və ciddiyə almırdılar. İndi də Rusiyadakı bəlli dairələr eyni səhvi buraxır və bizim etirazları ciddi qəbul etmirlər. Biz onları inandırmalıyıq ki, yaxşı münasibətlər üçün Azərbaycanın suverenliyinə hörmət edilməlidir. Putinin ətrafındakı sağlam düşüncəli və Rusiyanın maraqlarından çıxış edən insanlarla daha intensiv işləməklə yanaşı, münasibətlərin korlanmaması üçün Rusiya prezidentinə müraciət edilməlidir. Belə görünür ki, hazırda mövcud olan xoşagəlməz vəziyyəti yalnız o aradan qaldıra bilər.
- Belə bir vəziyyətdə Azərbaycan Avrasiya İttifaqının zirvə toplantısına qatıla bilərmi və bu nə dərəcədə bizim xeyrimizə olar?
- Mənim mövqeyim həmişə ondan ibarət olub ki, əgər Rusiya bizə Qarabağ üzərində suverenliyimizin bərpa olunmasına mane olmasa, biz Rusiyanın liderliyi ilə yaradılmış bütün regional təşkilatlara üzv ola bilərik. O cümlədən Avrasiya İttifaqına. İndi də həmin mövqeyimdə qalıram. Belə bir dəvət varsa, orda iştirak etməli, Rusiya ilə həm təklikdə, həm də digərlərinin iştirakı ilə açıq söhbət edilməlidir.
- Qüdrət bəy, Qarabağda baş verənlər Sizdə Rusiyanın ora buraxılmasının yalnış olması qənaəti yaratmır ki?
- Qətiyyən. Əminəm ki, əks halda Rusiya işğal altındakı torpaqlarımızdan 1 kv.sm. də azad etməyə imkan verməyəcəkdi. 44 günlük savaşdan sonra Paşinyan bəyan etdi ki, onların səhvi bir qarış da olsa işğal altındakı torpağı Azərbaycana qaytarmamaq siyasəti olub. Problemin sülh yolu ilə həlli üçün Ermənistana heç kim təzyiq etmək istəmirdi. Lukaşenkonun açıqlaması və ermənilərin açıqladığı səs yazısı da təsdiq edir ki, müharibədən yayınmaq üçün prezident İlham Əliyev Ermənistana hətta milyardlarla dollar pul təklif edib, amma bunun da xeyri olmayıb. Kiçik istisna ilə hamı, o cümlədən Minsk qrupu gözləyirdi ki, Azərbaycan bir gün məcbur olub Qarabağın müstəqilliyini tanıyacaq. Ona görə də işğal altındakı torpaqların 80 faizini azad etmək üçün 20 faizinə rus qoşunlarının gəlməsinə icazə vermək yeganə çıxış yolu idi. Həm də Qarabağda erməni sakinlərin qalıb yaşaması üçün sülhməramlılara ehtiyac var idi. Başqa variantda, hətta nəzəri baxımdan olsa belə, Qərb bizə etnik təmizləmə siyasəti apardığımız üçün ciddi sanksiyalar tətbiq edər, Ermənistana hərbi yardım göstərərdi. Bu zaman Qarabağın müstəqilliyini də tanıya bilərdilər. İlham Əliyev ən düzgün qərarı qəbul edib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
Dünən, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Dünən, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Dünən, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Dünən, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Dünən, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir