Milli Təhlükəsizlik Şurasından yəhudi turistlərə xəbərdarlıq: Azərbaycana səfər etməyin
Tarix: 24-04-2021 12:17 | Bölmə: Slayd
Milli Təhlükəsizlik Şurasından yəhudi turistlərə xəbərdarlıq: Azərbaycana səfər etməyin

İsrailin Milli Təhlükəsizlik Şurası (MTŞ) yəhudi turistlərinin bir sıra ölkələrə səyahəti ilə bağlı xəbərdarlıq edib.

“Jerusalem Post” xəbər verir ki, bu ölkələr arasında Azərbaycanın da adı yer alıb.

İsrail nəşrinin məlumatına görə, dünyada koronavirus əleyhinə peyvənd olunma kampaniyasının artması fonunda beynəlxalq turizm yenidən canlanır. Bununla belə, MTŞ İran və İŞİD-in təhdidlərini əsas gətirərək İsrail turistlərini bəzi ölkələrə səfər etməkdən çəkinməyə çağırıb. Siyahıya Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Gürcüstan, Azərbaycan, İraq Kürdüstanı, Türkiyə, İordaniya və Misirin adları daxil edilib.

Milli Təhlükəsizlik Şurasının bəyanatında bir sıra hücum cəhdləri sadalanıb.

"Bilet almazdan əvvəl sizi səyahət xəbərdarlığı ilə bağlı vəziyyəti nəzərdən keçirməyə çağırırıq”, - deyə MTŞ-nin bəyanatında qeyd olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər