Rəsmi Ankara: "Bayden Türkiyəyə qarşı çox böyük səhvə yol verdi"
Tarix: 24-04-2021 20:59 | Bölmə: Slayd
Rəsmi Ankara: "Bayden Türkiyəyə qarşı çox böyük səhvə yol verdi"

ABŞ prezidenti Cozef Bayden 1915-ci il hadisələri ilə bağlı "soyqırım" sözünü istifadə edərək, Türkiyəyə qarşı çox böyük səhvə yol verdi.

Reyting.az
xəbər verir ki, bu, Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilib.

Administrasiyanın etiraz açıqlamasında daha sonra deyilir: "Erməni diasporunun iddialarını təsdiqləmək əvəzinə, C. Bayden bu hadisələrin araşdırılmasına çağırmalı idi. ABŞ bunun Ankara ilə Vaşinqton arasındakı münasibətlərə ciddi bir zərbə olduğunu anlamalıdır və Baydenin açıqlamaları cavabsız qalmayacaq.

Baydenin açıqlamalarına baxmayaraq, bir daha Türkiyədə ermənilərə qarşı soyqırımı olmadığını və Baydenin açıqlamalarının heç bir qanuni əsası olmadığını bəyan edirik".




Bölməyə aid digər xəbərlər