09:12 / 19-06-2025
Putin: "Rusiya və Azərbaycan hökumətləri bu problemin həlli üzrə birgə iş aparır"
08:36 / 19-06-2025
Ramiz Duyğun dünyasını dəyişib
08:02 / 19-06-2025
Müharibə təhlükəsi: Britaniya yüksək hazırlıq vəziyyətindədir
07:56 / 19-06-2025
Xokkaydo sahillərində zəlzələ baş verib
07:52 / 19-06-2025
İsrail İrana xüsusi təyinatlılar yeridəcək?
07:47 / 19-06-2025
Avropa 1,5 milyard avroluq proqram hazırlayıb
07:40 / 19-06-2025
İranla müharibəyə başlamaq ABŞ-ı parçalaya bilər
07:28 / 19-06-2025
Məşhur aktyor Papa XIV Leo ilə görüşüb
07:17 / 19-06-2025
Çin "Arzu qayığı"-nı sınaqdan keçirib - Fotolar
23:54 / 18-06-2025
İsrail İrana "üçüncü zərbə" dalğasına başlayıb
21:33 / 18-06-2025
DİM 1 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edib
21:08 / 18-06-2025
Bu gecə Bakının iki qəsəbəsində işıq olmayacaq
20:55 / 18-06-2025
İsrail İran liderinin bunkeri olan ərazini bombalayıb
19:32 / 18-06-2025
Azər Qasımlının məhkəməsi başlayıb
19:22 / 18-06-2025
Marsda güclü vulkan püskürüb
19:07 / 18-06-2025
Deputatlar daha 21 qanuna dəyişiklik edəcək - Siyahı
18:43 / 18-06-2025
MEDİA: Solovyovdan üzrxahlıq gözləyirik
18:36 / 18-06-2025
Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza aradan qaldırılıb
17:35 / 18-06-2025
Kino şirkətinin direktoru 3 milyon dollar maaş alacaq
17:21 / 18-06-2025
Gələn həftə Məhərrəm ayı başlayır
17:17 / 18-06-2025
Kamran Əliyev üç rayona prokuror təyin edib
17:09 / 18-06-2025
ABŞ prezidenti Ukrayna rəsmilərini qəzəbləndirib
16:25 / 18-06-2025
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
16:01 / 18-06-2025
Natanz nüvə obyektində sızma var
15:37 / 18-06-2025
"Zeytun” aptekləri Tarif Şurasının qərarına tabe olmur
15:31 / 18-06-2025
İsrail Yaxın Şərqdə hegemon dövlətə çevrilir
15:21 / 18-06-2025
ASC və MMC-yə məxsus əmlaklar hərraca çıxarılacaq
14:49 / 18-06-2025
Ukrayna daha iki yaşayış məntəqəsini itirib
14:19 / 18-06-2025
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
14:14 / 18-06-2025
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - Fotolar
11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

14:29 / 14-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

11:19 / 17-06-2025

16:03 / 17-06-2025

11:30 / 18-06-2025

Yeni İslam bloku: Azərbaycan, Türkiyə, Pakistan və...
Tarix: 24-04-2021 21:01 | Bölmə: Slayd

“Üç müsəlman ölkəsinin - Azərbaycan, Türkiyə və Pakistanın meydana çıxmaqda olan İslam bloku nəzəri cəhətdən məqsədəuyğun görünür, lakin onun böyüməsi reallıqlar ilə məhdudlaşır. Azərbaycan hələ də Türkiyədən daha çox Rusiyanın çətiri altındadır və Pakistan “Çin ərazisi” olaraq qalır. Yeni İslam bloku valideynlərinin təbəssümlə seyr etdiyi üç uşağın kovboy oyununa bənzəyir. Valideynlər yalnız maraqlarına təhlükə hiss etdikləri vaxta qədər kənarda qalacaqlar”.
Reyting.az “Besacenter”ə istinadla xəbər verir ki, bu, Begin-Sadat İnstitutunun analitiki Burak Bekdilin rəyidir.
Türk analitik təhlilində yazır:
“İnkişaf etməkdə olan strateji müttəfiqliyin çətiri altında geostrateji mövqedə yerləşən 3 müsəlman ölkəsini bir-birinə bağlayan güclü etnik və dini bağlar mövcuddur. Bu müttəfiqliyə dördüncü ölkə də əlavə oluna bilər. Üçlükdəki dövlətlərdən biri (Türkiyə) NATO üzvü və Avropa dövlətlərinin zəngin klubuna qoşulmağa namizəddir; digəri zəngin karbohidrogen mənbələrinə və artan hərbi potensiala malikdir (Azərbaycan); o biri də dünyanın nüvə silahına sahib olan yeganə müsəlman ölkəsidir (Pakistan).
Bəziləri bu üçlüyü “yeni şər oxu”, bəziləri isə “Hindistan və Ermənistana qarşı şər oxu” adlandırır. Ankaranın nöqteyi-nəzərindən Azərbaycan, Pakistan və Banqladeş heç vaxt siyasi mübahisələri olmamış nadir üçlükdür. Əksinə, Pakistan və Banqladeş, ortaq din və imperialist Qərb gücləri ilə istiqlal müharibələrinə qarşı oxşar təcrübələri sayəsində 20-ci əsrin əvvəllərindən etibarən Türkiyənin mənəvi müttəfiqləri olub. Azərbaycan etnik və linqvistik qohumluq münasibətlərini bölüşdükləri üçün Türkiyə ilə daha dərin bir bağa sahibdir. “Bir millət - iki dövlət” devizini Türkiyə və Azərbaycan liderləri iki ölkə arasındakı qardaşlığın təsviri üçün istifadə edirlər.
Strateji tərəfdaşlıq üçün münbit siyasi zəmin təmin etməklə yanaşı, Türkiyənin rəhbərliyi ilə mövcud hərbi əməkdaşlıq ittifaqın əsasını gücləndirə bilər.
Türkiyə, ənənəvi olaraq, Kəşmir bölgəsi ilə əlaqədar qonşu Hindistanla əsas mübahisəsində Pakistanın sadiq tərəfdarı olub və Ankaranı Dehli ilə ixtilafa gətirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ildə BMT Baş Məclisindəki çıxışında deyib: “Biz bu [Kəşmir] məsələsinin dialoq yolu ilə həll edilməsinin tərəfdarıyıq... və xüsusən də, Kəşmir xalqının gözləntiləri istiqamətində”. Hindistan Ərdoğanın “Hindistanın daxili işlərinə kobud müdaxilə təşkil etdiyini və bunun tamamilə qəbuledilməz olduğunu iddia edərək, açıqlamasını qınayıb. Türkiyə digər xalqların suverenliyinə hörmət etməyi və siyasətini daha dərindən nəzərdən keçirməyi öyrənməlidir”.
1988-ci ildə Türkiyə və Pakistan hərbi və müdafiə satınalma əlaqələrini gücləndirməyi hədəfləyən Hərbi Məsləhət Qrupu qurub. Əməkdaşlıq dərinləşdikcə qrup genişlənərək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasına (HLSCC) çevrilib. 2020-ci ilin əvvəlində Ərdoğan və Pakistan Baş naziri İmran Xan HLSCC-nin altıncı iclasında həmsədrlik edib və beşi müdafiə sənayesi ilə əlaqəli 13 anlaşma memorandumu imzalayıblar.
Bundan əvvəl, 2000-ci ildə Türkiyə və Pakistan, Türkiyənin Milli Gəmi (MILGEM) Layihəsi çərçivəsində dörd çoxməqsədli korvetin satışı üçün mühüm bir müqaviləyə imza atıb. Hərbi “Military Factory and Shipyard Management Inc.”-ın baş direktoru Esad Akgün bildirib:
“Pakistanın dörd MILGEM korvetinə sahib olması bölgədəki tarazlığı dəyişdirəcək və ölkəni oyun qurucusu mövqeyinə keçirəcək”.
2018-ci ildə “Turkish Aerospace Industries” (TAI) 30 “T129” hücum helikopterinin Pakistana satılması üçün 1,5 milyard dollarlıq bir müqavilə imzalayıb. TAI müqavilə üçün ABŞ-ın ixrac lisenziyalarını təmin edə bilmədiyindən müqavilə yerində sayıb.
“T129” “AgustaWestland” şirkətinin (İtaliya-İngiltərə) lisenziyası ilə istehsal olunan ikimühərrikli çoxməqsədli hücum helikopteridir. O, 2 “LHTEC T800-4A” turbomil mühərriki ilə təchiz edilib. Mühərrikin istehsalçısı olan “LHTEC” ABŞ-ın “Honeywell” firması ilə İngiltərənin “Rolls-Royce” şirkətinin ortaq müəssisəsidir.
Pakistan “T129” anlaşmasını Türkiyə ilə uzatmağı yenə qəbul edib. Türkiyənin ən yüksək satınalma rəsmisi İsmayıl Dəmir martın 12-də jurnalistlərə açıqlamasında bildirib: “Pakistandan altı aylıq bir möhlət aldıq”. Lakin Ankaranın Rusiyada istehsal olunan “S-400 Triumf” hava hücumundan müdafiə sistemini almasına qarşı Vaşinqtonun davamlı müqavimətini nəzərə alaraq, Türkiyədəki başqa bir yüksək səviyyəli satınalma məmuru “Defence News”-a bildirib ki, möhlət anlaşmanın işləyəcəyi demək deyil. “Bu, texnoloji və ya ticarət mövzusu deyil. Bu, tamamilə siyasi məsələdir və ABŞ-ın blokadasının görə Türkiyə-Pakistan Türkiyə-ABŞ mübahisəsinin qurbanı olacaq”.
Ötən ilin iyun ayında Azərbaycan Türkiyə istehsalı olan silahlı pilotsuz təyyarələr almağı planlaşdırdığını elan edib. Azərbaycanın Müdafiə naziri bildirib: “Bu istiqamətdə səylər davam edir. İndi nəticələr əldə edirik”. Elə həmin ay Azərbaycan parlamenti Türkiyədən silah sistemlərinin alınması üçün Ankaradan maddi yardım almaq barədə qanun layihəsini təsdiqləyib.
Bu, Azərbaycanın vaxtlı-vaxtında atdığı addım idi. Cəmi 4 ay sonra Azərbaycan və Ermənistan sərhəd mübahisələri və Dağlıq Qarabağ bölgəsinə nəzarət məsələsində yenidən müharibə vəziyyətinə çatdı. Hərbi müşahidəçilər arasında Türkiyə istehsalı olan “Bayraktar TB-2” silahlı pilotsuz təyyarələrin müharibədə Azərbaycanın xeyrinə oyun dəyişdiricisi olduğu barədə bir fikir var. Türkiyə Azərbaycana digər hərbi texnika və təlimçilər göndərib.
Türk ordusu ilə sıx əlaqədə olan “Twitter” və “Telegram” hesabı olan “Clash Report”da qrafik görüntülər ortaya çıxıb və onlar erməni mövqelərini hədəf alan bir sıra “TB-2” zərbələrini göstərib. Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yerləşdirilən digər qrafik görüntülərdə də “TB-2” pilotsuz təyyarələri Ermənistan silahlı qüvvələrinə ölümcül raket atəşini sərgiləyir.
Türk ordusu üçün bu nədir? Nəzəri olaraq, Türkiyənin inkişaf edən müdafiə sənayesi Çinin müttəfiqi olan Pakistan vasitəsilə Çin hərbi texnologiyasına, o cümlədən Türkiyənin ehtiyac duyduğu mühüm döyüş təyyarəsi texnologiyasına çıxış əldə edə bilər.
Amma gerçəklər var. Çində etnik türk mənşəli uyğur azlığına Çin təzyiqi qarşısında davamlı susqunluğu Türkiyəni “əjdaha hirsi”nin kənarında saxlayıb. Ticarət əlaqələri yaxşılaşır və valyuta azlığı Türkiyəni getdikcə Çin sərmayəsindən asılı vəziyyətə gətirir. Ancaq bunların hamısı Türkiyəni qabaqcıl Çin hərbi texnologiyasına çıxışı olan strateji bir tərəfdaş etmir.
Birincisi, Pekin taktiki və mövsümi siyasi inkişaflara əsaslanaraq strateji qərarlar qəbul etməyə meylli deyil. O, Ərdoğan Türkiyəsinə potensial bir İslamçı/separatçı təhdid kimi baxır.
İkincisi, Ankara ilə Pekin arasındakı əvvəlki uğursuz strateji hərbi əməkdaşlığın acı xatirələri, Türkiyədə unudulsa da, çinlilərin düşüncəsində hələ də təzədir.
2013-cü ilin sentyabrında Qərb müttəfiqlərinin şokuna məruz qalan Türkiyə, ilk uzunmənzilli hava və raket əleyhinə müdafiə sistemini qurmaq üçün çinli istehsalçı CPMIEC-i seçib. NATO və Qərbin təzyiqi altında Türkiyə qısa müddətdə CPMIEC ilə ilkin müqaviləni ləğv edib və eyni müqavilə üçün yeni bir beynəlxalq tender elan olunub. Yenilənmiş rəqabət, Rusiya istehsalı olan “S-400” sisteminin Türk inventarına girməsinə yol açıb.
Daha geniş şəkildə desək, Azərbaycan hələ də Türkiyədən daha çox Rusiyanın çətiri altındadır və Pakistan “Çin ərazisi” olaraq qalır. Yeni İslam bloku valideynlərinin təbəssümlə seyr etdiyi üç uşağın kovboy oyununa bənzəyir. Valideynlər yalnız maraqlarına təhlükə hiss etdikləri vaxta qədər kənarda qalacaqlar.
Daha qısa perspektivdə yeni ittifaq həm Rusiya, həm də Çin maraqları üçün yaxşıdır, çünki bu, Türkiyənin daha da Şərqə bağlılığını və NATO daxil olmaqla, Qərb qurumları ilə onsuz da gərgin əlaqələrinin daha da zəifləməsini nəzərdə tutur. Moskva və Pekin, şübhəsiz ki, Qərb ittifaqının “part-time” (nisbi) üzvünə Qərbin şübhələrindən zövq alacaqlar”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Dünən, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Dünən, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Dünən, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Dünən, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”