08:36 / 19-06-2025
Ramiz Duyğun dünyasını dəyişib
08:02 / 19-06-2025
Müharibə təhlükəsi: Britaniya yüksək hazırlıq vəziyyətindədir
07:56 / 19-06-2025
Xokkaydo sahillərində zəlzələ baş verib
07:52 / 19-06-2025
İsrail İrana xüsusi təyinatlılar yeridəcək?
07:47 / 19-06-2025
Avropa 1,5 milyard avroluq proqram hazırlayıb
07:40 / 19-06-2025
İranla müharibəyə başlamaq ABŞ-ı parçalaya bilər
07:28 / 19-06-2025
Məşhur aktyor Papa XIV Leo ilə görüşüb
07:17 / 19-06-2025
Çin "Arzu qayığı"-nı sınaqdan keçirib - Fotolar
23:54 / 18-06-2025
İsrail İrana "üçüncü zərbə" dalğasına başlayıb
21:33 / 18-06-2025
DİM 1 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edib
21:08 / 18-06-2025
Bu gecə Bakının iki qəsəbəsində işıq olmayacaq
20:55 / 18-06-2025
İsrail İran liderinin bunkeri olan ərazini bombalayıb
19:32 / 18-06-2025
Azər Qasımlının məhkəməsi başlayıb
19:22 / 18-06-2025
Marsda güclü vulkan püskürüb
19:07 / 18-06-2025
Deputatlar daha 21 qanuna dəyişiklik edəcək - Siyahı
18:43 / 18-06-2025
MEDİA: Solovyovdan üzrxahlıq gözləyirik
18:36 / 18-06-2025
Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza aradan qaldırılıb
17:35 / 18-06-2025
Kino şirkətinin direktoru 3 milyon dollar maaş alacaq
17:21 / 18-06-2025
Gələn həftə Məhərrəm ayı başlayır
17:17 / 18-06-2025
Kamran Əliyev üç rayona prokuror təyin edib
17:09 / 18-06-2025
ABŞ prezidenti Ukrayna rəsmilərini qəzəbləndirib
16:25 / 18-06-2025
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
16:01 / 18-06-2025
Natanz nüvə obyektində sızma var
15:37 / 18-06-2025
"Zeytun” aptekləri Tarif Şurasının qərarına tabe olmur
15:31 / 18-06-2025
İsrail Yaxın Şərqdə hegemon dövlətə çevrilir
15:21 / 18-06-2025
ASC və MMC-yə məxsus əmlaklar hərraca çıxarılacaq
14:49 / 18-06-2025
Ukrayna daha iki yaşayış məntəqəsini itirib
14:19 / 18-06-2025
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
14:14 / 18-06-2025
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - Fotolar
14:03 / 18-06-2025
Zakir Həsənov Belarusda hərbi zavodlara baş çəkib
11:37 / 16-06-2025

08:47 / 16-06-2025

22:59 / 17-06-2025

08:51 / 14-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

14:29 / 14-06-2025

00:13 / 16-06-2025

12:35 / 16-06-2025

11:19 / 17-06-2025

16:03 / 17-06-2025

“24 Aprel - Erməni Saxtakarlıqları Günü” kimi qeyd olunsun!
Tarix: 26-04-2021 01:32 | Bölmə: Slayd

Türkiyənin Ərzurum Atatürk Universitetinin təşkilatçılığı ilə “Doğu Anadolu və Azərbaycanda erməni vəhşilikləri (1918-2021-ci illər)” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib. Reyting.az xəbər verir ki, Beynəlxalq Qarabağ Forumu (BQF) çərçivəsində keçirilən konfransda Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, İsveç, Niderland və digər ölkələrdən tanınmış diaspor rəhbərləri, elm adamları, tədqiqatçılar və digər şəxslər iştirak ediblər.
Konfransı Türkiyə Ərzurum Atatürk Universitetinin professoru, doktor Gürsoy Solmaz açaraq tədbirin məqsəd və məramından danışıb, iştirakçıları müzakirələrə dəvət edib.
Əvvəlcə Türkiyədə və Azərbaycanda tanınan məşhur sərkərdə, dövlət xadimi Kazım Qarabəkirin qızı Timsal Qarabəkir çıxış edib. O, çıxışında daha çox atası Kazım Qarabəkirin Naxçıvanda, Azərbaycanın digər ərazilərində, Türkiyədə şahidlik etdiyi hadisələrdən söz açıb.
Sonra Ərzurum Atatürk Universitetinin professoru, tarixçi alim Esen Dayı çıxış edib. O, 1918-20-ci illərdə ermənilərin törətdikləri vəhşiliklərdən ətraflı məlumatlar verib, səsləndirdiyi faktların dünya birliyinə çatdırılması üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Növbəti çıxışçı Azərbaycandan Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, fəlsəfə üzrə tarix elmləri doktoru, dosent Firdovsiyyə Əhmədova olub. F. Əhmədova çıxışında həm Azərbaycanda, həm də Türkiyədə ermənilərin törətdikləri vəhşiliklərlə bağlı geniş məlumat verib. F. Əhmədova Azərbaycan və Türkiyənin elm adamları və digər sahə təmsilçilərinin birgə fəaliyyətinin vacibliyini vurğulayıb, gənclərin bu işlərdə iştirakının önəmini qeyd edib. O, ekspert qrupu adından belə bir təklif səsləndirib: “Azərbaycan və Türkiyənin təşəbbüsü ilə bütün dünyada 24 Aprel - Erməni Saxtakarlıqları Günü kimi qeyd olunsun”.
Konfransda gənc tələbə və tədqiqatçılardan Gülbes Besçı, Cansu Naharcı, Şüheda Eski, Hilal Şüheda Solmaz və digərləri çıxış edərək, Türkiyənin müxtəlif bölgələrində ermənilərin türklərə və Türkiyədə yaşayan digər etnik qruplara qarşı törətdikləri vəhşiliklərdən söz açıblar. Onlar, saxta erməni soyqırımının ifşa olunmasına dair təkliflər verib, konkret faktlarla ermənilərin türklərə zülmlərindən bəhs ediblər.
Toplantıda Azərbaycandan çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bir sıra məqamlara toxunub. QAT sədri A. Nağı deyib ki, ABŞ prezidenti C. Baydenin işlətdiyi “erməni soyqırımı” ifadəsinə görə yeni şərait yaranıb və bu şəraitə uyğun işlər görülməlidir. A. Nağı bununla bağlı təkliflərini səsləndirib.

A. Nağı diqqətə çatdırıb ki, Beynəlxalq Qarabağ Forumu Türkiyə rəhbərliyinə dəstək verməlidir. A. Nağı təklif edib ki, ermənilərin haqsız mövqeyi və C. Baydenin açıqlaması ilə bağlı bütün dünyada etiraz askiyaları keçirilməli, ABŞ prezidenti Beynəlxalq Məhkəməyə verilməli, ona qarşı iddia qaldırılmadır. Məhkəmənin əsas mahiyyəti ondan ibarət olmalıdır ki, ABŞ prezidenti əlində heç bir fakt olmadan Türkiyəyə qarşı, türk xalqına qarşı ittiham səsləndirib və buna görə məhkəmə qarşısında cavab verməlidir. O, ermənilərin məkrli siyasətinə, qarşı bütün dünyada azərbaycanlılar və Türkiyə türklərinin birgə fəaliyyət göstərməli olduğunu diqqətə çatdırıb.
A.Nağı vurğulayıb ki, ermənilərə Türkiyədə, Avropada və ya başqa yerlərdə Türkiyə türkləri, Azərbaycan türkləri tərəfindən xoş münasibət göstərilməsinə son qoyulmalı, onlar ifşa olunmalıdır.
İsveçdən diaspor rəhbəri, eyni zamanda regional parlamentin üzvü İradə Əliyeva və diaspor rəhbəri Sevinc Bakılı da öz təkliflərini səsləndiriblər.
Türkiyədə tanınmış həkim, ictimai xadim Binqur Sönmez də ətraflı çıxış edib. O, Sarıkamış hadisələrindən başlanmış müxtəlif mərhələlərdə, həm də həkimlərin ortaya qoyduğu faktlarla bağlı fikirlər səsləndirib. B. Sönmez Sarıkamış faciəsini ətraflı şəkildə təqdim edib, ermənilərin törətdikləri vəhşiliklərdən söz açıb. Həm Sarıkamışda, həm də sonrakı illərdə, eyni zamanda erməni həkimlərinin cinayətkar fəaliyyətləri ilə bağlı məlumat verib.
Türkiyənin tanınmış tədqiqatçı yazarı Sözer Akyıldırım tədqiq etdiyi mövzulardan bəhs edib, kitablarında qeyd etdiyi faktlardan sitatlar gətirib.
Niderlanddan İlkanə Qocayeva və Mayisə Ağamirzəyeva həm Niderlandda, həm də bütövlükdə Avropada görülən bəzi işlərlə bağlı məlumatlar veriblər. Bildiriblər ki, həm Niderlandda, həm də Avropanın digər ölkələrində Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətinə daha çox ehtiyac var. Bu istiqamətdə ciddi nöqsanların olduğunu diqqətə çatdıran natiqlər deyiblər ki, bəzi diaspor nümayəndələrimiz ermənilərlə əlaqə saxlamağa üstünlük verir, onlara xoş münasibət göstərir və inanırlar ki, bununla erməniləri düz yola gətirə biləcəklər. Təklif verilib ki, həm Türkiyədə, həm də Azərbaycanda ermənilərin törətdiyi cinayətlərlə bağlı müxtəlif dillərdə materiallar hazırlanmalı və dünya ölkələrində paylanmalıdır.
Türkiyədən tədqiqatçı Tuncay Ögün bildirib ki, “erməni məsələsi” bir yük kimi Azərbaycan və Türkiyənin üzərində qalmışdı, Bayden öz açıqlaması ilə bizi bu yükdən xilas etdi ki, biz də öz işimizi rahat şəkildə görə bilək. “Hər kəs narahat olurdu ki, ABŞ prezidenti necə münasibət bildirər, necə reaksiya verər. Artıq biz bu yükdən xilas olduq və öz işimizi gərəkli şəkildə davam edə bilərik”.
Rusiyadan diaspor rəhbəri Elşən İbrahimov da maraqlı çıxış edib. O, Rusiyada yaşayan müsəlmanların, türkdilli xalqların, Türkiyə və Azərbaycanın Rusiyadakı diaspor təşkilatlarının birgə fəaliyyətinin vacibliyini qeyd edib.
Azərbaycandan Mehriban Abdullayeva QHT rəhbəri olaraq bəzi məsələlərə diqqəti cəlb edib, o cümlədən Naxçıvanda, Qubada ermənilərin törətdikləri cinayətlərdən danışıb.
Türkiyədə tanınmış diaspor rəhbəri, ictimai xadim Ziya Zakir Acar, İğdır bölgəsində ermənilərin törətdikləri vəhşilikləri faktlarla diqqətə çatdırıb, bu istiqamətdə apradığı tədqiqat işlərindən danışıb. Xüsusi vurğulayıb ki, tədqiqat işləri apararkən həmin hadisələrin canlı şahidləri ilə də görüşüb, onların dilindən bir çox faktları ortaya qoyub.
Konfransın aparıcısı Gürsoy Solmaz çıxışlara münasibətində deyib: “Biz həm Türkiyə dövləti, həm Türkiyə cəmiyyəti olaraq açıq mövqedən çıxış edirik, arxivləri açırıq, toplu məzarlıqların yerini göstəririk, buyursun, ermənilər də, onların havadarları da öz arxivlərini açsınlar, eyni zamanda, əgər doğurdan da onların dediyi sayda erməni öldürülübsə, toplu məzarlıqları göstərsinlər”.
Ukraynadan tarix elmləri doktoru, professor Fərhad Turanlı bir sıra metodiki məsələlərə toxunub. Bildirib ki, işlərin səmərəli olması üçün vacib məqamlar var: “Biz necə işləməliyik, hansı məqamlara diqqət yetirməliyik, iş birliyi necə olmalıdır?” O, xüsusi vurğulayıb ki, ermənilər bu cinayətləri törədərkən Rusiyanın əlində alət olublar və ruslarla ermənilərin işbirliyinə diqqət çəkib.
Əslən azərbaycanlı, Türkiyədə elmi fəaliyyətlə məşğul olan Tamella Əliyeva isə çıxışında Kazım Qarabəkirin fəaliyyətindən söz açıb. O, Kazım Qarabəkirin Naxçıvanda, Şuşada olan fəaliyyətini diqqətlə izlədiyini qeyd edib.
Türkiyədən tanınmış ictimai xadim, media nümayəndəsi, Qarabağ Azadlıq Təşkilatının Türkiyə təmsilçiliyinin rəhbəri Cəfər Dal bildirib ki, mütləq birlikdə olmalı və təşkilatlanmalıyıq.
Konfransın sonunda Gürsoy Solmaz və Akif Nağı çıxışları ümumiləşdirərək hər kəsə təşəkkürlərini bildirib və bu çıxışlardan konkret fəaliyyət üçün hər kəsin bir nəticə çıxarmasının vacibliyini qeyd ediblər.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
Dünən, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Dünən, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
Dünən, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
Dünən, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”