İcra hakimiyyətində əməliyyat keçirilib - İcra başçısı və daha bir neçə məmur saxlanılıb - Yenilənib
Tarix: 26-04-2021 12:15 | Bölmə: Slayd
İcra hakimiyyətində əməliyyat keçirilib - İcra başçısı və daha bir neçə məmur saxlanılıb

Hüquq-mühafizə orqanları Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Reyting.az
Unikal.org-a istinadla xəbər verir ki, əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar İdarəsinin rəisi Teymur Hacıyev saxlanılıblar.

İddialara görə, Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov da saxlanılıb.

Əlavə məlumat veriləcək.

***

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Bakıya gətirilib.

Reyting.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, A. Məmmədov bu gün DTX əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda A. Məmmədovun DTX-nin inzibati binasında dindirildiyi bildirilir.




Bölməyə aid digər xəbərlər