İnam Kərimov qohumunu yüksək vəzifəyə təyin edib - KTN-də növbəti dəyişiklik
Tarix: 26-04-2021 12:22 | Bölmə: Slayd
İnam Kərimov qohumunu yüksək vəzifəyə təyin edib - KTN-də növbəti dəyişiklik

Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub.

Reyting.az
Mia.az-a istinadla xəbər verir ki, nazir İnam Kərimovun əmri ilə “Azəraqrar" Dövlət İstehsalat və Emal Birliyinin direktoru Anar Hüseynov vəzifədən azad olunub.

Məlumata görə, o, nazirlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə müdir təyin olunub.

Bildirlib ki, əmr təxminən 15 gün əvvəl verilsə də, təhvil-təslim işləri bu günlərdə yekunlaşıb.

İnam Kərimovun digər əmri ilə Anar Hüseynovun azad edildiyi vəzifəyə KTN-nin Daxili Nəzarət və Audit Şöbəsinin müdir müavini Fəda Abbasov təyin olunub.

Qeyd edək ki, F. Abbasov vaxtı ilə "ASAN-Xidmət"in "Səyyar qrup"una rəhbərlik edib. Onun nazir İnam Kərimovun qohumu olduğu bildirilir.

Məlumat üçün onu da qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb. Həmin vaxt bu qurumun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki 26 MMC verilib.




Bölməyə aid digər xəbərlər