Azərbaycan ilə Rusiya arasındakı problemlərin səbəbi açıqlanıb
Tarix: 26-04-2021 13:01 | Bölmə: Slayd
Azərbaycan ilə Rusiya arasındakı problemlərin səbəbi açıqlanıb

“Azərbaycanın istəyi 10 noyabrda imzalanan üçtərəfli sazişin real icrası ilə bağlıdır. Əsas məsələ həm də, Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır. Bu, razılaşmanın əsas bəndlərindən biridir. Rusiya bu istiqamətdə zəruri addımlar atmır”.

Bunu Reyting.az-a açıqlamasında deputat Asim Mollazadə Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginliyin səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, gərginliyin səbəblərindən biri də Qarabağdakı rus sülhməramlıların bəzi fəaliyyət və hərəkətlərində öz mandatlarından kənara çıxmalarıdır.


A.Mollazadə

A.Mollazadə xatırladıb ki, bu günə qədər bir çox faktlar aşkar edilib:

“Ermənistanı yenə də silahlarla təmin etmək məsələsi. “İsgəndər M” raketlərinin qanunsuz şəkildə Rusiyadan Ermənistana çatdırılması. Bununla bağlı araşdırma aparılmayıb, təqsirkarlar cəzalandırılmayıb”.

Deputat deyib ki, Rusiyada anti-Azərbaycan kampaniyası aparan mediaların arxasında erməni lobbisi dayanır: “Məqsəd Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaqdır. Erməni mənşəli şəxslər Rusiya mediasının böyük qismini nəzarətdə saxlayır. Bu səbəbdən də münasibətlərdə problemlərin yaranmasını həm də Rusiyada çox zəngin və aqressiv erməni diasporunun fəaliyyəti kimi qiymətləndirmək olar. Sözsüz ki, bu da Rusiyanın maraqlarına zərər vurur. Hər yerdə olduğu kimi. Biz bunu Avropa ölkələrində, elə ABŞ-da da görürük. Yəni ermənilərin qərəzli fəaliyyəti onların yaşadığı ölkələrə də problemlər yaradır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər