Keçmiş deputat: “Ermənilər istəyir ki, Türkiyə onların bütün tələblərinə cavab versin, sərhədləri açsın”
Tarix: 26-04-2021 14:11 | Bölmə: Slayd
Keçmiş deputat: “Ermənilər istəyir ki, Türkiyə onların bütün tələblərinə cavab versin, sərhədləri açsın”

ABŞ prezidenti Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsindən sonra Yerevanda qızğın müzakirələr başlayıb. Siyasi partiyalar, təşkilatlar və qurumlar bu məsələni diqqətə alaraq gələcəkdə anti-türk istiqamətində hansı addımlar atmaqla bağlı fikir və təkliflər səsləndirirlər.

Erməni dilini səlist bilən YAP-ın məşhur “91”-lərindən olmuş keçmiş deputat Maksim Musayev Ermənistanda gedən müzakirələr haqqında Reyting.az-a məlumat verib.

M. Musayev deyib ki, aprelin 25-də Ermənistanın ictimai kanalında bir neçə siyasi partiya lideri toplaşaraq ABŞ prezidentinin “soyqırımı” ifadəsi işlətməsini müzakirə ediblər: “Onlar çox sevinir və alqışlayırdılar ki, Bayden iki dəfə “soyqırımı” ifadəsini işlətdi. Belə fikir söylədilər ki, keçmiş Osmanlıda yaşamış ermənilər - hansılar ki, onların törəmələri hazırda Kaliforniyada yaşayır - məhkəməyə müraciət ediblər ki, təzminat alsınlar. Baydenin “soyqırımı” ifadəsinin təsiri kimi həmin ermənilərin törəmələri məhkəmələri udaraq təzminat ala bilərlər.

Belə fikir də söylənilir ki, ABŞ bundan sonra geri çəkilə, soyqırım söhbətinin olmadığını deyə bilməz. Çünki bu, prezidentin dilindən çıxıb.

Deyrdilər ki, fəallığımızı daha da artımalı, elə etməliyik ki, bunun Türkiyəyə ciddi təsiri olsun”.

M. Musayevin bildirib ki, ermənilər Baydendən razılıq edirlər: “Onlar bildirirlər ki, Bayden seçki öncəsi erməni diasporuna verdiyi vədi yerinə yetirdi: “Düzdür, keçmiş prezidentlər seçkidə vədlər versələr də, əməl etmirdilər. Bayden isə sözünə əməl etdi, nəticədə ermənilərin gözündə ABŞ-ı artırdı”.

Ermənilər bu imkandan istifadə edib elə iş aparmaq istəyirlər ki, Türkiyə onların bütün tələblərinə cavab versin, sərhədləri açsın və onlarla dialoqa başlasın”.

Keçmiş deputat qeyd edib ki, erməni siyasətçilərin çıxışı zamanı diqqət çəkən bir məqam da Ermənistanın bundan sonra nə edəcəyini bilməməsidir: “Erməni siyasətçiləri elan edirlər ki, onların planları olmalıdır, bu məsələ dərsliklərə salınmalıdır.

Ermənilər özlərini tənqid edirlər ki, “soyqırım”ın 100 illiyi keçiriləndə Yerevanda komissiya yaradıldı ki, dünya çərçivəsində böyük işlər görülsün. Amma heç bir iş görülmədi. Deyirdilər ki, Ermənistan ağır və çətin gündədir, döyülən və təpiklənən birinə bənzəyir: “Xüsusilə, 44 günlük müharibədən sonra. ABŞ bu addımı ilə bizi hərəkətə gətirdi ki, qəddimizi düzəldək. Baydenin bu sözündən sonra Ermənistana investisiyalar qoyula bilər. Bu haqda ölkələr düşünməlidir”,- M. Musayev erməni kanallarında gedən müzakirələrdən sitatlar çəkib.

Sabiq deputatın sözlərinə görə, erməni kanallarında müzakirələr zamanı belə fikirlər səsləndirilib ki, 106 il keçməsinə baxmayaraq, Türkiyə məhkəməyə verilməyib: “Ermənilər bir-birinə sual edirlər ki, niyə verməyiblər? Sonra da deyirlər ki, ola bilsin, bundan sonra verəcəyik. Ancaq hiss edilir ki, bundan sonra da verməyəcəklər, çünki əllərində əsas yoxdur. Həm də dünyada elə bir məhkəmə yoxdur ki, soyqırım haqqında qərar qəbul etsin. Maraqlıdır ki, 7-8 partiya bunu müzakirə edirdi. Türkiyəyə qarşı azacıq xoş söz deyən kimi Daşnaksütyun funksioneri onların ağızlarına vururdu. Məsələn, Türkiyənin erməni patriarxı Marşalyan var. Prezident Ərdoğan ayın 24-də ona məktub göndərmişdi. Digər partiyalar bunu müsbət qiymətləndirmək istədilər, amma Daşnaksütyun Partiyası ortaya sərt mövqe qoydu”.

Sonda sabiq deputat deyib ki, Azərbaycan və Türkiyənin fikir adamları Ermənistanda bu istiqamətdə aparılan müzakirələri izləməli, prosesdən xəbərdar olmalı və əks addımlar haqqında düşünməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər