16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İran dövlət televiziyası dahi şair Füzulini aşağılayıb, türkləri bədəvilər kimi təqdim edib
Tarix: 27-04-2021 14:25 | Bölmə: Slayd
İran dövlət televiziyası dahi şair Füzulini aşağılayıb, türkləri bədəvilər kimi təqdim edib

Koronavirus pandemiyası səbəbindən əksər ölkələrdə olduğu kimi, İranda da təhsil onlayn keçirilir.

Reyting.az
xəbər verir ki, İranda yaşayan türklərə qarşı dövlət əli ilə tətbiq olunan assimilyasiya və aşağılama hərəkətinə biri də əlavə olunub.

Apelin 25-də İran dövlət televiziyasında universitetə hazırlıq çərçivəsinə ədəbiyyat fənnini tədris edən müəllimin Azərbaycan şairi dahi Məhəmməd Füzuli haqqında dediyi sözlər ölkədə yaşayan türklərin sərt reaksiyasına səbəb olub.

Həmin müəllim dövlət televiziyasında yayımlanan dərsdə deyib ki, Füzuli “Füzuli” təxəllüsünü (farsça - hər şeyə burnunu soxan mənasını verir) təsadüfən götürməyib. Müəllim iddia edib ki, Füzuli Saib Təbrizinin farsca şeirlərinə “burnunu” soxub və Saib nə yazıbsa, Füzuli də türkcə divanında onları öz şeiri kimi təqdim edib.

Saib Təbrizinin Məhəmməd Füzulidən 40 il sonra dünyaya gəlməsinə baxmayaraq, iranlı müəllimin Füzuli haqqında təhqiramiz ifadələri ölkədə haqlı narazılığa səbəb olub. Hadisədən bir gün sonra İran dövlət televiziyası üzr mesajı yayımlasa da, narazılıqlar səngiməyib.

Ölkədə Füzulinin təhqir edilməsi mövzusu gündəmdən çıxmamış yenə dövlət televiziyasında ibtidai siniflər üçün dərs saatında “Keçmişdəki türk idarəçilərin özəllikləri nədir” sualına “Çöldə gəzən bədəvilər” cavabı verilib.

İranlı alim, Ankara Universitetinin professoru Məhəmməd Rza Həyat deyib ki, İran dövlətinə aid qurumlar və ya media orqanları vasitəsilə türklərin aşağılanması ölkədə birliyə ciddi zərbə vurur.

Alim bildirib ki, İran rejiminin fars millətçiliyi təməlində sistematik şəkildə türklər aşağılanır: “İran dövlət orqanlarının əli ilə ölkədəki türklərin prestiji hədəfə alınır. Bu yolla assimilyasiya siyasəti yürüdülür və toplumun farslaşdırılması hədəflənir”.

İran dövlət televiziyasının efirində yaşanan son iki hadisəyə diqqət çəkən professor əlavə edib ki, bu hallar avqustda keçiriləcək prezident seçkilərində atmosferi qızışdırmaq və xalqı seçkilərə gətirmək məqsədilə də edilə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}